Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Robert Kocharian:Yeni partiya yaradıb müxalifətə keçmək istəyirəm


Robert Kocharian
Robert Kocharian

Ermənistanın keçmiş prezidenti Robert Kocharian yeni partiya yaradıb müxalifətə keçmək fikrindədir.

AzadlıqRadiosu erməni xidmətinin oktyabrın 20-də verdiyi məlumata görə, bunu Kocharian Rusiyanın RiaNovosti agentliyinə müsahibəsində deyib.

“Əgər siyasətə dönmək istəyirsənsə, onda bu barədə fikirləşməlisən” keçmiş prezident bildirib.

Onun sözlərinə görə, partiyanın adı elə də prinsipial məsələ deyil.

“Prinsipial olan uyğunlaşdırılmalı olan yanaşmalardır.Hazırda müxalifət cəbhəsində çox ciddi boşluq görürəm və hesab edirəm ki, onu xalqın maraqları naminə doldurmaq lazımdır”,Kocharian deyib.

Keçmiş prezident qeyd edib ki, hansısa yüksək vəzifə tutmaq fikrində deyil.

“Əgər belə bir istəyim olsaydı,10 il öz şəxsi həyatımı yaşazdım.Şərait elə şəkildə dəyişir ki, yaranmış vəziyyət səni proseslərə cəlb edir və sən bundan asanlıqla kənara çəkilə bilmirsən”,Kocharian vurğulayıb.

Qarşıdan gələn vaxtındanəvvəl parlament seçkisinə gəldikdə isə Kocharian deyib ki, o bu seçkilərdə iştirak etmək fikrində deyil, sadəcə çatdırmır.

“Mən partiyasız olmuşam.Bu o deməkdir ki, sıfırdan partiya yaratmalıyam və əvvəlki köhnə partiyanı bərpa etməməliyəm. Mən seçkiyə yeni,yenilənmiş qüvvələrlə getmək istərdim”,keçmiş prezident deyib.

Robert Kocharian hesab edir ki, yaranmış vəziyyəti nəzərə alaraq yeni,istedalı, gənc və enerjili adamları cəlb etmək lazımdır.

Amma o qeyd edib ki, bu prosesə köhnə komandadan yaxşı tanıdığın insanları da cəlb etmək lazımdır.

Buna da bax:Ermənistandakı keçmiş hakim partiya seçkiyə ciddi ambisiyalı müxalifət bloku kimi getmək istəyir

Qeyd edək ki, bu ilin dekabrında Ermənistanda vaxtındanəvvəl parlament seçkisi gözlənir.

Keçmiş ölkə rəhbəri Serzh Sargisyanı “məxməri inqilab”la devirən Nikol Pashinyan buna görə bu hünlərdə baş nazirlikdən istefa verib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG