Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:44

Ermənistandakı keçmiş hakim partiya seçkiyə ciddi ambisiyalı müxalifət bloku kimi getmək istəyir


 Eduard Sharmazanov
Eduard Sharmazanov

Ermənistandakı keçmiş hakim "Respublika" partiyası dekabrda keçiriləcək vaxtındanəvvəl parlament seçkisində mübarizə aparmaq fikrindədir.

Bunu oktyabrın 19-da AzadlıqRadiosu-nun erməni xidmətinə müsahibəsində, partiyanın mətbuat katibi, parlamentin sədr müavini Eduard Sharmazanov deyib.

Onun sözlərinə görə bir gün əvvəl keçmiş prezident və partiya lideri Serzh Sargsyanın rəhbərliyi ilə partiyanın icraçı orqanının toplantısı keçirilib.

“Parlamentdə hakimiyyətin siyasi iştahını pozacaq əsl müxalifət olmalıdır.Və hesab edirəm ki, “Respublika”partiyası bu mənada seçkidə müxalif siyasi blok və güc kimi iştirak etməlidir”, Sharmazanov deyib.

O qeyd edib ki, “Respublika” partiyası parlamentə düşmək üçün 2-5 faiz səs uğrunda mübarizə aparmamalıdır. Əgər bu partiya seçkidə iştirak etsə, onda ciddi abisiyalı müxalifət qüvvəsi kimi mübarizə aparmalıdır.

Mənbınin yazdığına görə “Respublika” partiyası seçkidə iştirakla bağlı yekun bəyanatla gələn həftə çıxış etməlidir.

İlk olaraq onlar seçki kodeksinə düzəlişlə bağlı layihəyə mövqe bildirməlidirlər.

Bu layihə gələn həftə parlamentdə 4 günlük müzakirəyə çıxarılacaq.

Bir tərəfdən də seçkinin dəqiq vaxtı da müəyyən edilməyib.

Baş nazirin səlahiyyətlərini icra edən Nikol Pashinyan bundan əvvəl demişdi ki, seçki dekabrın 9-10-da keçiriləcək.

Qeyd edək ki, baş nazir Nikol Pashinyan ölkədə vaxtındanəvvəl seçki keçirilməsi üçün ötən həftə istefa verdi.

Pashinyanın təşkil etdiyi kütləvi xalq etirazları ilə hakimiyyətdən uzaqlaşdırılan keçmiş ölkə başçısı Serz Sargsyanın”Respublika” partiyası indiki parlamentdə çoxluq təşkil edir.

Pashinyansa deyir ki, vaxtındanəvvəl parlament seçkisi olmadan ölkədəki digər problemlərin həlli mümkün deyil.

XS
SM
MD
LG