Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Kocharian kamerasında kompüterin olmamasından narazıdır


Robert Kocharian
Robert Kocharian

Ermənistanda “Yerevan-Kentron” həbsxana kompleksinin insan haqları müdafiəçisi, ombudsman Arman Tatoyan ölkənin ikinci prezidneti Riobert Kocharian-a baş çəkib. Tatoyan deyib ki, onunla söhbətində Kocharian bir neçə məsələyə toxunub.

Tatoyan bildirib ki, bundan əvvəl Kocharianın ailəsi ilə görüşlərinə qoyulmuş qadağan ləğv olunub.

İnsan haqları müdafiəçisi bunu da deyib ki, keçmiş prezident təkadamlıq kamerada saxlanır.

AzadlıqRadiosu Erməni xidmətinin Kocharian-ın nədən narazı olduğuna dair sualına Tatoyan deyib ki, Yerevan-Kentronda kameralar darısqaldır, amma keçmiş prezidentin həbsxana işçilərindən narazılığı yoxdur.

Tatoyan bildirib ki, Kocharian kompüterinin olmamasından narazılıq edir, lakin ombudsman bu şikayəti hökumətlə müzakirə etməyə hazırdır.

Xatırlatma

Ötən il iyulun 27-də Yerevan Şəhər Məhkəməsi Robert Kocharian-ın 2 ay müddətinə həbsi barədə qərar çıxarmışdı. Lakin avqustun 13-də Apellyasiya Məhkəməsi bu qərarı ləğv edərək Kocharian-ı sərbəst buraxmışdı.

Apellyasiya Məhkəməsinin qərarından həm Baş Prokurorluq, həm də Kocharian-ın vəkilləri şikayət vermişdilər.

Dekabrın 7-də Ermənistanın apellyasiya məhkəməsi keçmiş prezident Robert Kocharian barəsində həbs qətimkan tədbirini bərpa edib.

Kocharian 2008-ci ildə, hakimiyyətinin son həftələri ərzində müxalif etirazçılara qarşı gücdən istifadəylə bağlı ittiham olunur. Keçmiş prezidentin əsgərlərə müxalifət tərəfdarlarına qarşı gücdən istifadə əmri verdiyi bildirilir. Müxalifətçilər prezident seçkisinin nəticələrinə etiraz edirdilər.

Həmin ilin 1-2 mart toqquşmaları zamanı 8 etirazçı və iki polis əməkdaşı həlak olub.

Kocharian ittihamları rədd edir, hazırkı hökumətin ona qarşı siyasi qisasçılıq etdiyini deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG