Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Kochariana qarşı ‘rüşvət’ ittihamı da irəli sürülüb


Robert Kocharian
Robert Kocharian

Ermənistanın Xüsusi İstintaq Xidməti (XİX) keçmiş prezident Rober Kochariana qarşı yeni ittiham irəli sürüb.

Kocharianın vəkillər qrupu bildirir ki, indi keçmiş prezident Ermənistan Respublikası CM-nin 300.1 maddəsindən (konstitusiya quruluşunun devrilməsi) başqa, həm də 311-ci maddənin 2-ci hissəsi (xüsusilə böyük məbləğdə rüşvət) ilə ittiham olunur.

İstintaq xidməti bu məlumatı təsdiq edib.

Azatutyun radiosuna müsahibəsində Kocharianın vəkili Aram Orbelian izah edib ki, söhbət Silva Ambartsumyandan “ehtimalən” rüşvət alınmasından gedir.

Vəkil deyib ki, onun bundan başqa informasiyası yoxdur və bu ittihamın nəyin əsasında irəli sürüldüyünü bilmir.

Orbelian bildirib ki, Ambartsumyanın bu xüsusda ifadə verib-vermədiyi bilinmir. Məlum olan budur ki, Kochariana eyni iş üzrə ikinci ittiham irəli sürülüb.

Vəkil deyib ki, digər vəkillər – Hovannes Khodoyan və Ruben Sahakian ittihamın təqdim olunmasında iştirak ediblər. Onun məlumatına görə Kocharian ittihamı rədd edir.

Bundan əvvəl xəbər verilmişdi ki, biznesmen Silva Ambartsumyan 10 mədənin istismarına lisenziya almaq üçün keçmiş təbiəti mühafizə naziri Aram Arutyunyana 14 milyon dollar məbləğində rüşvət verib. Sözü gedən nazir hazırda axtarışa verilib.

Xatırlatma

Ötən il iyulun 27-də Yerevan Şəhər Məhkəməsi Robert Kocharian-ın 2 ay müddətinə həbsi barədə qərar çıxarmışdı. Lakin avqustun 13-də Apellyasiya Məhkəməsi bu qərarı ləğv edərək Kocharian-ı sərbəst buraxmışdı.

Apellyasiya Məhkəməsinin qərarından həm Baş Prokurorluq, həm də Kocharian-ın vəkilləri şikayət vermişdilər.

Dekabrın 7-də Ermənistanın apellyasiya məhkəməsi keçmiş prezident Robert Kocharian barəsində həbs qətimkan tədbirini bərpa edib.

Kocharian 2008-ci ildə, hakimiyyətinin son həftələri ərzində müxalif etirazçılara qarşı gücdən istifadəylə bağlı ittiham olunur. Keçmiş prezidentin əsgərlərə müxalifət tərəfdarlarına qarşı gücdən istifadə əmri verdiyi bildirilir. Müxalifətçilər prezident seçkisinin nəticələrinə etiraz edirdilər.

Həmin ilin 1-2 mart toqquşmaları zamanı 8 etirazçı və iki polis əməkdaşı həlak olub.

Kocharian ittihamları rədd edir, hazırkı hökumətin ona qarşı siyasi qisasçılıq etdiyini deyir.

Onun vəkilləri bu yaxınlarda Kocharianın həbs müddətinin daha iki ay uzadılmasına dair birinci instansiya məhkəməsinin 18 yanvar tarixli qərarından apellyasiya şikayəti veriblər.

Apellyasiya Məhkəməsi fevralın 7-də vəkillərin bu vəsatətini rədd edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG