Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:35

Mədəniyyət evləri, klub və kinoteatrlar satışa çıxarıldı


Azərbaycanda mədəniyyət evi.
Azərbaycanda mədəniyyət evi.

Ölkədə 2 min 500-dən çox mədəniyyət evi və klubunun satışına Qəbələnin Vəndam qəsəbəsindəki mədəniyyət evindən start verilib.

Martın 28-də keçiriləcək hərraca çıxarılan mədəniyyət evinə yerləşdiyi torpaq sahəsiylə birgə 40 min manat qiymət qoyulub.

Nazirlər Kabineti bu tipli mədəniyyət müəssisələri özəlləşdirilərkən, əvvəlki profilinin saxlanmasına aid hər hansı tələb irəli sürməyib. Bu o deməkdir ki, mədəniyyət ev və klublarını satın alan şəxs onlardan istədiyi kimi yararlana biləcək.

Buna da bax:​ Əmlak Komitəsi 20 obyekti icarəçilərdən geri alıb

Kollektiv narazıdır, amma...

Vəndam qəsəbəsindəki mədəniyyət evində 5 nəfər çalışır. Bu xəbəri AzadlıqRadiosu-ndan öyrəndiyini deyən direktor Azər Azayevin sözlərinə görə, bir alıcı kimi, onlar da hüquqlarından istifadə edəcəklər. O, 15 faizlik pay üçün işçilərin 3 min 600 manat ödəyəcəklərini, buna görə ona etibarnamə verildiyini də söyləyib.

«Özəlləşdirməni pis qiymətləndirirəm. Qəsəbədə, ətraf kəndlərdə keçirilməsi nəzərdə tutulan ictimai-mədəni tədbirlər də bu mədəniyyət evində təşkil olunur. Burada müxtəlif dərnəklər fəaliyyət göstərir. Üç qrup və hər qrupda 12-15 tələbə var. Gələcəkdə nə olacaq, bilmirəm», - mədəniyyət evində 2005-ci ildən bəri direktor vəzifəsində çalışan A. Azayev belə deyir.

Buna da bax: Zavod 870, poliklinika 717, tikiş fabriki 110 min manata... [video]

Alan, ən azı, təmir etməli olacaq

On mindən çox əhalisi olan Vəndam qəsəbəsindəki mədəniyyət evi 1967-ci ildə istifadəyə verilib. Əlli metr eni, 30 metr uzunluğu olan mədəniyyət evinin üç korpusu, səhnəsi, geniş zalı, foyesi və eyvanı var. Azər Azayev buranın təmirə ehtiyacı olduğunu da deyib.

Binada kitabxana da yerləşir. Burada 4 nəfər çalışır. Kitabxananın köçürüləcəyi gözlənilir.

Buna da bax:​ 'Özəlləşdirmə işsizlik yaradacaq'

ƏMDK sözçüsü: «Hazır olduqca satacağıq»

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK-nın) mətbuat katibi Qulu Xəlilov mədəniyyət evlərinin və klubların qiymətləndirilməsi başa çatdıqca özəlləşdirməyə çıxarılacağını söyləyib.

Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin sərəncamında olan 28 müəssisəni, o cümlədən 22 kinoteatrı özəlləşdirməyə çıxarıb. Şəhər, rayon və kəndlərdə yerləşən 2 min 507 mədəniyyət evini və klubları da kiçik müəssisə kimi hərrac yolu ilə satmaq nəzərdə tutulur. Onların 28-i Qəbələdədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG