Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:07

Ramiz Mehdiyev və Paşayevlər – hansı klan yaxşıdır?


Londonda həbs edilən Zamirə Hacıyeva Bakıya gətirilir?
Gözlə

No media source currently available

0:00 0:15:16 0:00

Londonda həbs edilən Zamirə Hacıyeva Bakıya gətirilir?

Azərbaycanın Avropa Şurasındakı keçmiş səfiri Arif Məmmədov deyir ki, hakimiyyət daxilində mübarizə var.

Onun fikrincə, prezidentin xanımı, 1-ci vise-prezident Mehriban Əliyevaya yaxın olan şəxslər hakimiyyətə gətirilir, amma ki, əsas güc nazirliklikləri hələ də köhnə komandadır. Üstəlik, onun sözlərinə görə, bütün hökumətin idarə olunması, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin əlindədir və nazirlər onunla daha çox ünsiyyətdədir, nəinki prezidentlə.

“Nazirlər ailələri ilə məzuniyyətə getmələrini İlham Əliyevlə razılaşdırmırlar, məzuniyyət tarixlərini Ramiz Mehdiyevlə razılaşdırırlar. Çünki Ramiz Mehdiyev yaşına baxmayaraq, səhər saat 9-dan axşam 10-a kimi iş başında olur. Nazirlərin 90 faizinin İlham Əliyevə çıxmaq imkanı yoxdur, İlham Əliyev özü də istirahət xoşlayan adam kimi kifayət qədər yüngül iş qrafikinə üstünlük verir”.

Azər Rəşidoğlu: "Paşayevlər güclənir"

Siyasi şərhçi Azər Rəşidoğlu isə deyir ki, hakim elita dəyişir, onun təbirincə desək, Mehriban Əliyevanın aid olduğu Paşayevlər ailəsi getdikcə güclənir:

“Son təyin olunan icra hakimiyyəti başçılarının və nazirlərin Paşayevlərə yaxın olması bunu deməyə imkan verir ki, Naxçıvan qruplaşması öz mövqelərini kifayət qədər əldən verib, köhnə qvardiya- mətbuatda dərin Heydər Əliyev klanı kimi xarakterizə olunan klan artıq məğlub olmağa başlayıb və onun əvəzində Paşayevlər qələbə çalmağa başlayıblar”.

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə hesab edir ki, söhbət pulların əl dəyişdirməsindən gedir. Onun sözlərin görə, dəyişiklik ondan ibarətdir ki, indiyə qədər ayrı-ayrı oliqarxlarda olan pullar onlardan alınır və hakim ailənin əlində cəmləşir.

Əliyevlər ailəsi və Prezident Administrasiyası isə dəfələrlə bəyan edib ki, ailənin pulu qeyri-qanunu mənimsənilmiş ictimai vəsait deyil, ailə üzvlərinin özlərinin də biznes qurmaq hüququ var.

Əli Kərimli: "İlham Əliev Heydər Əliyev dövrünün azadlqılarını qapadıb"

Əli Kərimli isə deyir ki, hakimiyyət bu dəyişikliyi sanki liberallaşdırma kimi qələmə verib, özünü reklam edir - PR aparır. Onun sözlərinə görə, belə PR əvvəllər də olub:

“Heydər Əliyev İlham Əliyevi YAP-da 1-ci müavin etdikdən sonra, Konstitusiyanı onun üçün 2002-ci ildə dəyişdikdən sonra, məlum idi ki, hakimiyyəti ona ötürməyə çalışır. O zaman bu PR-çılar böyük bir kampaniya başlatmışdılar ki, İlham Əliyev islahatçıdır, ingilis dilində danışır, o gəlib islahat aparacaq. İlham Əliyev isə 1-ci islahatını 16 oktyabr günü etdi, minlərcə insan Azadlıq meydanında vəhşicəsinə döyüldü, xəsarət aldı, ölkə boyu insanlar həbs olundu. Bu qanın üzərində İlham Əliyev gəldi hakimiyyətə. 2005-ci ildə isə eyni şeyi 26 noyabrda təkrar etdi və ondan sonra ümumiyyətlə Heydər Əliyev dövründə olan azadlıqlar da qapadıldı”.

Hakim Partiya rəsmiləri gün ərzində telefon zənglərimizə cavab vermədi.

Hakimiyyətlərdə islahatlar aparılırmı?

Rəsmi “Azərbaycan” qəzeti “ən islahatçı prezident, ən islahatçı dövlət başlıqlı məqalədə yazır ki, hakimiyyət islahatları hədəf götürüb:

"Dövlət başçısı tərəfindən ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib. Dövlət-biznes tərəfdaşlığında qarşılıqlı inam daha da artıb, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib".

Siyasi şərhçi Azər Rəşidoğlu isə deyir ki, nazirlər dəyişsə də, rabitənin də, kənd təsərrüfatının da, sahibkarların da köklü problemləri həll olunmamış qalır.

AXCP sədri Əli Kərimli deyir ki, son bir neçə ildə azadlıqlar daha çox daralıb. Məsələn, əvvəllər Məhsul stadionunda mitinq keçirmək mümkün olurdu, indi buna da məhdudiyyətlər var.

Keçmiş səfir Arif Məmmədov isə deyir ki, komandanın yeni üzvləri daha çox xarici dil bilsələr də, müasir görünsələr də, onlar xalqa yaxın deyillər, dövlət təcrübələri azdır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Yeni nazirlərdən kimin işi sizi qane edir?
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Hökumət bu ilin aprelində, növbədənkənar prezident seçkisindən sonra buraxılıb, yeni hökumətdə azı iki nazir, iki komitə sədri dəyişib, baş nazirin üç müavinini dəyişib. Yeni Azərbaycan Partiyası 25 ildir ki, hakimiyyətdə olsa da, budəfəki Nazirlər Kabineti ən çox yenilənmiş hökumət sayıla bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG