Keçid linkləri

2017, 25 Mart, şənbə, Bakı vaxtı 04:03

Kremlin ruporu olan agentliyin rəhbəri düşünür ki, Azərbaycanın Rusiyadan silah alması Ermənistana xeyirdi.

“Azərbaycan Rusiya silahını bazardan möhkəm valyutaya alır, Ermənistanla isə vəziyyət tamamilə başqadır”.

Ru.armeniasputnik.am saytının məlumatına görə,bunu “Rusiya bu gün” Beynəlxaql İnformasiya Agentliyinin baş direktoru Dimitry Kiselyov martın 6-da “Sputnik Armeniya” mətbuat mərkəzində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Rusiya dünyada silah ixrac edən ikinci ölkədir və daima bazar və beynəlxalq salonlara silah göndərir, Azərbaycansa ordan digər ölkələr kimi silah alır.

“Burda siyasi məna axtarmaq lazım deyil. Bu ticarət Azərbaycanla Rusiya arasında əlaqə saxlayır.İşgüzar münasibət onun olmamasından yaxşıdır. Beləliklə Rusiya Azərbaycanla əlaqədə qalaraq çox şeydə onları ”idarə edir”, Kiselyov deyib.

Onun sözlərinə görə, əlaqə və ya idarə qarşılıqlıdır və beləliklə Azərbaycan da hansısa mənada Rusiyanı “idarə” edir, Ermənistansa Rusiyanı.

Kiselyov deyib ki, gəlin unutmayaq ki, Ermənistan da Rusiyadan silah alır, amma həmişə möhkəm valyutaya yox.

“Əlaqə onun olmamasından yaxşıdır və bu halda Rusiya ilə Azərbaycan arasında əlaqə Ermənistanın maraqlarına uyğundur. Çünki bu əlaqələr və ya qarşılıqlı hərəkət aprel döyüşləri zamanı müharibənin dayanmasında müəyyən rol oynadı”, deyə Kiselyov vurğulayıb.

“Rusiya Azərbaycandan möhkəm valyuta almaqla özününün hərbi-sənaye kompleksini inkişaf etdirir və Ermənistana silah göndərir. Demək istəmirəm ki, Azərbaycan Rusiya vasitəsi ilə Ermənistana silah alır, amma sxemi tamamilə sadələşdirəndə burda bu element də var”,Kiselyov vurğulayıb.

Kiselyov hesab edir ki, Rusiya regionda hərbi balans və Ermənistanın təhlükəsizliyinin qayğısına qalmalıdır, bu regional strukturun-Rusiyanın Azərbaycan və Türkiyə ilə, Ermənistanın Azərbaycan və s-lə qurduğu əlaqələrin nəticəsidir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG