Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:26

Kiprə 'Rusiya raketi' düşüb


Nikosiya şəhərindəki bufer zonası
Nikosiya şəhərindəki bufer zonası

Kiprin şimalında özünü müstəqil elan etmiş Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Kudret Özersayiyulun 1-də məlumat verib ki, ölkənin ərazisinə ehtimalən Rusiya istehsallı S-200 raketi düşüb.

Özersayın dediyinə görə raketi Suriyanın hava hücumundan müdafiə qüvvələri İsrailin hücumuna cavab olaraq atıb.

Raket yerə çatmadan partlayıb və qırıntıları Kiprin paytaxtı Nikosiyanın 10 kilometrliyinə düşüb.

Kütləvi informasiya vasitələrində yayılmış fotolardan birində raketin qırıntısı üzərinə kirill əlifbası ilə yazılmış sözlər görünür.

Media xəbərlərində deyilir ki, hadisə nəticəsində zərər çəkən olmayıb, lakin başlanan yanğına görə Taşkent yaşayış məntəqəsindəki bir neçə evin sakinlərini evakuasiya etmək lazım gəlib.

İyulun 1-ə keçən gecə İsrailin hərbi hava qüvvələri Suriyanın Homs, Hələb və Dəməşq şəhərləri üzərinə hücum əməliyyatı həyata keçirib.

İsrail İranın Suriyadakı mövqelərini bombalayıb
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Suirya mediasında yayılan xəbərlərə görə bu hücum nəticəsində 10-16 arasında ölən var.

Bu da xəbər verilir ki, İsrail təyyarələrinin zərbələri ilə İran İnqilab Keşikçiləri Korpusunun Suriya ordusunun 91 nömrəli bazasındakı qərargahı və Camraydakı elmi-tədqiqat mərkəzi məhv edilib.

İsrail tərəfi hələlik bu xəbərləri şərh etməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG