Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Kim Jong-un göründü


Kim Jong Un
Kim Jong Un

Şimali Koreyanın telekanalları son 20 gündə ilk dəfə olaraq ölkənin lideri Kim Jong Unu göstərib.

Bu barədə məlumatı Cənubi Koreyanın kütləvi informasiya vasitələri yayıb.

Media xəbərlərində deyilir ki, Kimin videogörüntüləri onun Sunçon şəhərindəki gübrə zavoduna səfəri zamanı çəkilib.

Kim Jong-un aprelin 12-dən bəri ictimaiyyət arasında görünməmişdi.

Bundan əvvəl Cənubi Koreya mediası xəbər verirdi ki, onun ürəyində cərrahiyyə əməliyyatı aparılıb və vəziyyəti ağırdır.

Cənubi Koreya rəsmiləri bu xəbərləri təkzib edirdilər.

Seul rəsmiləri deyirdilər ki, onlara Şimali Koreyadan 36 yaşlı liderin ağır xəstə olması barədə xəbər daxil olmayıb.

Şimali Koreyanın dövlət KCNA agentliyinin məlumatında bildirilir ki, paytaxt Pxenyanın yaxınlığındakı zavoda səfərində Kimi bacısı Kim Yo Jong da daxil yüksək vəzifəli rəsmilər müşayiət ediblər.

Şimali Koreya lideri zavodda keçirilən tədbirdə qırmızı lent kəsib və yüzlərlə işçi tərəfindən sürəkli alqışlanıb.

Bir dəfə də 2014-də yoxa çıxmışdı

Cənab Kimin səhhəti barədə şayiələr o, aprelin 15-də dövlətin banisi və hazırkı liderin babası Kim Il Sung-un doğum günü tədbirində görünməyəndən sonra başlanmışdı.

Kim Il Sung-un doğum günü Şimali Koreyada ən böyük bayramlardan biridir və Kim bu tədbiri heç vaxt ötürməyib.

O həmin gün bir qayda olaraq babasının mavzoleyini ziyarət edir.

Bundan əvvəl Kim Jong-un bir dəfə də 2014-cü ildə konsertdən sonra 40 gün yoxa çıxnmışdı.

O oktyabrın ortalarında əlində əsa ilə görünmüşdü.

Dövlət mediası o vaxt Kimin harda olması barədə məlumat verməmişdi.

Cənubi Koreya böyük bir ehtimalla onun ayağında cərrahiyyə əməliyyatı aparıldığını xəbər vermişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG