Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:07

Trump Şimali Koreya liderinin səhhətindən danışıb


Donald Trump (solda) və Kim Jong Un

ABŞ Prezidenti Donald Trump aprelin 27-də deyib ki, Şimali Koreya lideri Kim Jong Un-un sağlıq durumundan xəbəri var və onun yaxşı olduğuna ümid edir.

“Sizə dəqiq deyə bilmərəm”, – Trump-dan Kim-in vəziyyəti barədə soruşanda belə cavab verib. “Bəli, çox yaxşı fikrim var, amma indi bu haqda danışa bilmərəm. Ona sadəcə yaxşı olmağı arzulayıram”, – o, sözlərinə əlavə edib.

Kim aprelin 15-də vacib dövlət tədbirinə qatılmadığından onun səhhətiylə bağlı şayiələr dolaşmağa başlayıb.

Seuldakı Daily NK xəbər vebsaytı aprelin 20-də Şimali Koreyadakı bir mənbəyə istinadla yazıb ki, 36 yaşlı Kim Jong Un aprelin 12-də ürək-damar prosedura keçirib. Bundan sonra onun xəstə olması, hətta ölməsiylə bağlı spekulyasiya yayılıb.

Cənubu Koreya hökuməti isə Kim-in səhhətiylə bağlı şayiələri rədd edib, onun Vonsandakı iqamətgahında qaldığını bildirib.

XS
SM
MD
LG