Keçid linkləri

2025, 24 Mart, Bazar ertəsi, Bakı vaxtı 10:11

Kılıcdaroğlu Rusiyanı seçkiyə müdaxilədə ittiham edir


CHP lideri Kemal Kılıcdaroğlu
CHP lideri Kemal Kılıcdaroğlu

Türkiyə müxalifətinin lideri Kemal Kılıcdaroğlu Rusiyanı “qəsddə və feyklər yaymaqda” ittiham edib.

CHP lideri bu barədə Twitter-də yazıb.

“Sevgili Rus Dostlarımız. Dünən bu ölkədə ortalığa çıxan montajlar, Deep Fake mətnləri və kaset yazılarının arxasındakı sizsiniz. Əgər 15 maydan sonra dostluğumuzun davam etməsini istəyirsinizsə, əlinizi Türkiyə dövlətindən çəkin. Biz hələ də əməkdaşlıq və dostluq tərəfdarıyıq”.

Bundan əvvəl, mayın 7-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mitinq zamanı tərəfdarlarına bir video göstərmişdi.

Bu videoda Kılıcdaroğlu seçkilərdə iştiraka çağırır və bu zaman kadrlarda Türkiyədə terrorçu təşkilat sayılan Kürdüstan İşçi Partiyasının (PKK) yaradıcılarından biri görünür.

Deutsche Welle (Alman dalğası) radiosu jurnalistlərinin təhqiqatı göstərib ki, video tamamilə fərqli fona və məzmuna malik iki fərqli videodan montaj edilib.

Bundan məqsəd Kılıcdaroğlunu PKK ilə əlaqələrdə ittiham etmək olub.

Kemal Kılıcdaroğlu ölkədə ən qədim siyasi partiya olan Respublika Xalq Partiyasının (CHP) sədridir.

Onun namizədliyi 6 müxalifət partiyası tərəfindən irəli sürülüb. Həm də bu zaman dünyəvi idarəetmə tərəfdarı olan CHP, qüvvlərini millətçi və mühafizəkar müxalifətlə birləşdirməli olub.

Kreml inkar edir

Türkiyədə prezident seçkisi mayın 14-də keçiriləcək. Bundan əvvəl prezidentliyə namizədlərdən Muharrem İnce namizədliyini geri götürüb.

O bu qərarını ona qarşı aparılan gözdənsalma kampaniyası ilə izah edib.

Siyasətçi bildirib ki, son 45 gün ərzində Türkiyə KİV-ləri onu gözdən salmaq məqsədli saxta fotolar dərc ediblər, hüquq-mühafizə orqanları isə bu barədə şikayətləri araşdırmaqdan imtina edib.

İnce bəyan edib ki, dövlət onun bir vətəndaş və namizəd kimi reputasiyasını qoruya bilməyib.

Rəy sorğusu: Kürdlər arasında Ərdoğanın nüfuzu azalır
Gözlə

No media source currently available

0:00 0:02:29 0:00

Kremlin sözçüs Dmitri Peskov mayın 12-də Rusiyanın Türkiyə seçkilərinə müdaxiləsi barədə iddiaları rədd edib və onları yayanları “yalançı” adlandırıb.

Onun sözlərinə görə Rusiya başqa ölkələrin daxili işlərinə və seçki proseslərinə müdaxilə etmir.

Peskov əlavə edib ki, Rusiya Federasiyası Türkiyə ilə münasibətlərini yüksək qiymətləndirir, çünki Ankara bir sıra regional və qlobal problemlərdə məsuliyyətli mövqe nümayiş etdirir.

XS
SM
MD
LG