Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 22:48

'Şəxsi şəkillər montaj edilir və fəallara qarşı istifadə olunur'


 "Şəxsi şəkillər əldə olunur, montaj edilir və sonra da fəallara qarşı istifadə olunur".
"Şəxsi şəkillər əldə olunur, montaj edilir və sonra da fəallara qarşı istifadə olunur".

Azərbaycanda son vaxtlar həm qanunvericiliyə kibercinayətkarlıqla mübarizəyə aid bəzi məsələlər əlavə edilir, həm də dövlət orqanlarında kibercinayətkarlıqla mübarizəyə aid qurumlar yaradılır. Elə bu il Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb...

Deputat: "İnsan hüquqları ilə bunun əlaqəsi yoxdur"

Amma bəzi yerlə müşahidəçilər hesab edirlər ki, kibercinayətkarlıqla mübarizədən danışılsa da, ölkədə insan hüquqlarının qorunması unudulur.

F.Mustafa
F.Mustafa

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa "Turan"a bildirib ki, bu məsələdə heç bir siyasi məqsəd ola bilməz: "Bu dönəmdə çox sayda insanların internet resurslarına, bank hesablarına müdaxilə olunur. Onun qarşısını dövlət alır və insan hüquqları ilə bunun əlaqəsi yoxdur".

Deputatın sözlərinə görə, qurumların yaradılması, bu istiqamətdə tədbirlərin keçirilməsi vətəndaşların çoxsaylı şikayətlərinə dövlətin həssaslığını ifadə edir: "Bu məsələni hansısa yanlış istiqamətə yönəltmək doğru deyil. Elə bu fikirdə olan insanların böyük əksəriyyətinin istənilən vaxt kibercinayətkarlığın qurbanı olmaq ehtimalı var. Buna dövlət laqeyd qala bilməz. Dövlət müraciətləri nəzərə alaraq statistik araşdırma aparır, hansı sahədə problemlər böyükdürsə, ora yönəlik də preventiv tədbirlər görməyi nəzərdə tutur".

"Zaman-zaman şəxsi həyata müdaxilə olunur"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da kibercinayətkarlıqla bağlı qanunvericiliyin dəyişdirilməsi, bu yöndə qurumların yaradılmasının insan hüquqları ilə birbaşa bağlı olduğunu düşünmür. "Dünyada onlayn cinayətkarlığın sayı artır, kibercinayətkarlıq sistemli bir fəaliyyətə çevrilir. Buna qarşı digər ölkələrdə də strukturlar var", - o, AzadlıqRadiosuna bildirib.

B.Süleymanlı
B.Süleymanlı

Amma hüquq müdafiəçisinin fikrincə, gələcəkdə bu qurumların niyyətlərini indidən sorğulamaq çətindir: "Necə ki, digər qurumlardan vətəndaşların siyasi baxışlarına görə, digər məqsədlər üçün istifadə olunursa, kibercinayətkarlığa qarşı qurumlardan da bu məqsədlə istifadə edilməyəcəyini demək mümkün deyil. Çünki bu, sistemli xarakterlidir. Ölkədə insan haqları ilə bağlı ciddi problemlər var".

B.Süleymanlı qeyd edib ki, zaman-zaman fəalların telefon səs yazıları yayılır və ya şəxsi həyata müdaxilə olunur: "Şəxsi şəkillər əldə olunur, montaj edilir və sonra da fəallara qarşı istifadə olunur. Təzə yaradılan qurumlar olmadan da bu hadisələr baş verirdi...".

Bəxtiyar Hacıyevlə bağlı baş verənlər...

Həbsdə olan, məhkəməyə hörmətsizlik, qanunsuz sahibkarlıq kimi bir sıra əməllərdə təqsirləndirilən ictimai fəal Bəxtiyar Hacıyevə aid olduğu bildirilən foto və yazışmalar bir müddət öncə sosial şəbəkələrdə yayılmışdı. Gənc fəal onların cinayət yolu ilə əldə edilərək montaj olunduğunu açıqlamışdı. Amma bununla bağlı hər hansı araşdırma aparıldığı bəlli deyil.

XS
SM
MD
LG