Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:59

Kiber-hücumların sayı 60% artıb – NATO


Jens Stoltenberg
Jens Stoltenberg

NATO kiber-insidentlərin sayının 2016-ci ildə əvvəlki illə müqayisədə 60% artdığını bildirir. Qurumun baş katibi Jens Stoltenberg deyib ki, kiberhücumlar getdikcə daha böyük təhlükəyə çevrilməkdədir.

J.Stoltenberg-in xəbərdarlığı haqda Azad Avropa/Azadlıq Radioları yazıb.

AYDA 500 KİBER İNSİDENT

Brüsseldə, illik hesabatlarıyla bağlı çıxışında J.Stoltenberg deyib ki, ötən il NATO ekspertləri ayda orta hesabla 500 kiber-insidentlə qarşılaşıblar. «Kiber insident» dedikdə, mütəxəssislər birbaşa hücumları, kompüterlərə virus salan zərərli proqramları, «ilişmə»ləri (kompüterin fəaliyyətinin qəfil dayanması), ya da kompüterin doğru-düzgün işləməməsini (pis tənzimləmənin sonucu olaraq) nəzərdə tuturlar.

Buna da bax-'Hücum edən şəbəkədə Azərbaycanın bir neçə hökumət qurumu var idi...'

Birbaşa kiber hücumlara gəlincə, onların çoxunun arxasında Rusiyanın dayandığı güman olunur. Adının açıqlanmasını istəməyən NATO rəsmilərindən biri Azad Avropa/Azadlıq Radiolarına müsahibəsində deyib ki, onların müttəfiqləri əsas hücumların Rusiya tərəfdən gəldiyini müəyyən ediblər. Onun sözlərinə görə, kiberhücumların, yaxud ziyanlı insidentlərin hamısını izləmək, onları hansısa şəxsin, ya da hansısa təşkilatın törətdiyini müəyyənləşdirmək, əslində, çətindir: «Ancaq Rusiyadan gələn kiberhücumların xarakteri və hədəfləri, hücum edilən informasiya mənbələri onların arxasında özbaşına fəaliyyət göstərən hansısa hakerin dayanmadığını düşünməyə əsas verir».

J.Stoltenberg çıxışında NATO-nun kiber-müdafiə sahəsində xeyli irəli getdiyini də vurğulayıb.

QORUNMA XƏRCLƏRİ ARTIRILSIN

NATO-nun 2016-cı ildə Varşavada keçirilən sammitində də kibermühitdən bəhs edilmişdi. Mütəxəssislər qərara gəlmişdilər ki, kibermühit daha yaxşı mühafizə olunmalı, hava, quru, ya da dəniz ordu tərəfindən qorunduğu kimi qorunmalıdır.

Brüssel çıxışında J.Stoltenberg NATO üzvlərinin, ümumiyyətlə, bütün qorunma xərclərini artırmasını istəyib. NATO-nun illik hesabatı alyansın 23 üzvünün müdafiə xərclərini çoxaltdığını göstərir. J. Stoltenberg NATO-nun bütün üzvlərini eyni addımı atmağa, xərcləri ədalətlə bölüşdürməyə çağırıb.

NATO üzvlərinin müdafiə xərclərini artırmasını ABŞ prezidenti Donald Trump istəmişdi. Onun fikrincə, alyansa üzv ölkələr ÜDM-in, azı, 2%-ni müdafiəyə ayırmalıdırlar. Bu tələbə, alyansdan, hələ ki, yalnız 5 ölkə – ABŞ, Britaniya, Yunanıstan, Polşa və Estoniya əməl edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG