Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 17:59

Səudiyyə Ərəbistanı jurnalistin konsulluqda öldürülməsini təsdiqləyib


 Jamal Khashoggi
Jamal Khashoggi

Səudiyyə Ərəbistanı jurnalist Jamal Khashoggi-nin (Camal Kaşıçı) bu ölkənin İstanbuldakı konsulluğunda ölməsini təsdiqləyib.

Bu barədə oktyabrın 20-də Reuters agentliyi Səudiyyə Ərəbistanının dövlət televiziyasına istinadla xəbər yayıb.

Səudiyyə prokurorluğu-nun yaydığı bəyanatda deyilir ki, jurnalist Kaşıkçı, konsulluqda onunla konsulluğun əməkdaşları arasında baş verən dava zamanı öldürülüb.

Məlumata görə, jurnalist, konsulluğun binasına daxil olduqdan sonra onunla konsulluğun əməkdaşları arasında mübahisə yaranıb və bundan sonra əlbəyaxa dava düşüb.

Faktla bağlı 18 Səudiyyə vətəndaşı həbs edilib.

Bundan başqa kralın varisi, şahzadə Muhammad bin Salmanın iki yüksək rütbəli müşaviri işdən kənarlaşdırılıb.

Onlardan biri məhkəmə məsələləri üzrə müşavir Saud al Qahtani,digəri isə kəşfiyyat xidməti rəhbərinin müavini , general-mayor Ahmad Asiri-dir.

Dövlət televiziyasının məlumatına görə, Səudiyyə krallığı jurnalistin öldürülməsindən dərin təssüf bildirib.

Kral Salman həmçinin şahzadə, Muhammad bin Salman-ın rəhbərlik etdiyi nazirlər kabinetində dəyişikliklər aparılmasına göstəriş verib.

ABŞ prezidenti Donald Trump Səudiyyə Ərəbistanının bu bəyanatını “ilk yaxşı adım” adlandırıb, amma qeyd edib ki, jurnalist Kaşıkçının başına gələnlər qəbuledilməzdir.

Dövlət televiziyasının məlumatına görə Kral Salman Türkiyə prezidenti Racep Tayyip Erdoganla telefon söhbəti aparıb.

Buna da bax:Jurnalistin konsulluqda qətli ilə bağlı dəlillər olduğu bildirilir

Camal Kaşıqçı konsulluğa daxil olarkən
Camal Kaşıqçı konsulluğa daxil olarkən

Jurnalist Camal Kaşıkçı voktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna sənəd almaq üçün gedibmiş. Nişanlısı isə onu bayırda gözləyirmiş.

Kaşıkçı Səudiyyə Ərəbistanının Yəmən siyasətini və fəqli düşünənləri boğmasını tənqid edən yazıları ilə tanınırdı.

O, Vaşinqton Post” qəzeti ilə əməkdaşlıq edirdi.

ABŞ prezidenti Donald Trump bəyan eləmişdi ki, əgər jurnalistin səfirlikdə öldürülməsi bəlli olsa Səudiyyə Ərəbistanını ağır cəza gözləyir.

Böyük Britaniya da bəyan edib ki, bu məsələyə görə Səudiyyə rəsmilərinə qarşı sanksiyalar tətbiq edə bilər.

Səudiyyə Ərəbistanı isə istənilən sanksiyaya cavab verəcəyini bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG