Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 01:38

Jurnalistin konsulluqda qətli ilə bağlı dəlillər olduğu bildirilir


Jamal Khashoggi
Jamal Khashoggi

Türkiyə və Səudiyyə Ərəbistanının yaratdığı birgə işçi qrup oktyabrın 15-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda axtarış aparıb.

Bu qrup səudiyyəli jurnalist Camal Kaşıkçının (Jamal Khashoggi) oktyabrın 2-də konsulluğun binasında yoxa çıxmasını araşdırmaq üçün yaradılıb.

Türkiyə hakimiyyəti hesab edir ki, jurnalisti binada qətlə yetiriblər.

Səudiyyə Ərəbistanı ittihamı rədd edir.

Türkiyə insidenti araşdırmaq üçün ötən həftə Səudiyyə Ərəbistanından birgə qrup yaradılmasını xahiş eləmişdi.

Məlumata görə, Türkiyə rəsmilərində jurnalistin konsulluqda öldürülməsinə dair audioyazı da var.

Qərb mediası istintaqa yaxın mənbələrə istinadla yazırlar ki, həmin dəlillər jurnalistin Apple qol saatından ötürülüb.

Amma istintaq hələ ki, bu barədə rəsmi açıqlama verməyib.

Jurnalist Camal Kaşıkçı voktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna sənəd almaq üçün gedibmiş. Nişanlısı isə onu bayırda gözləyirmiş.

Jamal Khashoggi konsulluğun binasına girir
Jamal Khashoggi konsulluğun binasına girir

Kaşıkçı Səudiyyə Ərəbistanının Yəmən siyasətini və fəqli düşünənləri boğmasını tənqid edən yazıları ilə tanınırdı.

O, Vaşinqton Post” qəzeti ilə əməkdaşlıq edirdi.

ABŞ prezidenti Donald Trump bəyan edib ki, əgər jurnalistin səfirlikdə öldürülməsi bəlli olsa Səudiyyə Ərəbistanını ağır cəza gözləyir.

Böyük Britaniya da bəyan edib ki, bu məsələyə görə Səudiyyə rəsmilərinə qarşı sanksiyalar tətbiq edə bilər.

Səudiyyə Ərəbistanı isə istənilən sanksiyaya cavab verəcəyini bildirib.

XS
SM
MD
LG