Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:35

Separatçı Abxaziyanın prezidenti istefa verdi


Raul Khajimba
Raul Khajimba

Özünü Gürcüstandan müstəqil elan etmiş Abxaziyanın prezidenti Raul Khajimba ona qarşı etirazların dördüncü günündə istefa verib və təkrar seçkilərə qatılmayacağını bildirib.

Separatçı vise-prezident Aslan Bartsits prezidentin istefasını yanvarın 13-də qəbul etmiş millət vəkillərinə deyib ki, Khajimba Abxaziyanın siyasi həyatında iştirakını davam etdirəcək, amma qarşıdan gələn seçkidə namizəd olmayacaq.

Bunun ardınca separatçı bölgənin parlamenti hazırkı baş nazir Valery Bganbanı prezident əvəzi təyin edib.

Keçmiş hökumətin nazirlərinə yeni prezident seçilənədək vəzifələrinin icrasını davam etdirmək tapşırılıb.

Müxalif qüvvələrin vahid blokunun lideri, millət vəkili Aslan Bzhania yanvarın 13-də bəyan edib ki, prezident seçkisində namizədliyini irəli sürəcək.

Bundan bir gün əvvəl Abxaziyanın keçmiş baş naziri Sergei Shamba prezident administrasiyasının qarşısına toplaşmış etirazçılara Khajimba-nın istefa bəyanatını oxuyub.

Bu hadisələrdən az əvvəl Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladislav Surkov Abxaziya paytaxtı Suxumiyə gəlmişdi.

Rusiya Milli Təhlükəsizlik Şurası sədrinin müavini Rashid Nurgaliyev və onun nümayəndə heyəti artıq bir neçə gün idi ki, Suxumidə idilər.

Abxaziyada etirazlar yanvarın 9-da başlanmışdı. Müxalifət və onun tərəfdarları prezident administrasiyasının binasına hücum çəkmişdilər.

Onlar iddia edirdilər ki, separatçı bölgədə keçirilmiş prezident seçkisinin nəticələri saxtalaşdırılıb.

Bunun ardınca parlament Khajimba-nı istefa verməyə çağırmışdı.

Yanvarın 10-da Abxaziya Ali Məhkəməsi müxalifət lideri Alkhas Kvitsinianın şikayətinə baxmış və sentyabr seçkisinin nəticələrini etibarsız elan etmişdi.

Khajimba-nın tərəfdarları bu hökmdən şikayət verməyi planlaşdırırdılar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG