Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

ABŞ və BMT Qarabağda atəşkəsin pozulmasını pisləyib


Türkiyə baş naziri Ahmet Davutoğlu Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək Ankaranın dəstəyini bildirib. İran Bakını və Yerevanı təmkinə çağırıb

ABŞ Dövlət katibi John Kerry Dağlıq Qarabağda təmas xətti boyunca atəşkəsin pozulması ilə əlaqədar xüsusi bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağda təmas xətti boyunca atəşkəsin geniş miqyasda pozulmasını pisləyir.

“Biz bu hadisədən təsirlənmiş bütün ailələrə başsağlığı veririk. Biz tərəfləri təmkin nümayiş etdirməyə və atəşkəsə ciddi şəkildə riyayət etməyə çağırırıq” – deyilir bəyanatda.

Bu da qeyd olunur ki, vəziyyətin qeyri-sabitliyi tərəflərin ATƏT-in Minsk qrupu çərçivəsində dərhal danışıqlara girməsinin zərurətini nümayiş etdirir.

“Biz bir daha bəyan edirik ki, bu münaqişənin hərbi həll yolu yoxdur. Həmsədr ölkə kimi Birləşmiş Ştatlar davamlı və razılaşdırılmış sülh naminə tərəflərlə işləməyə qətiyyətli şəkildə sadiq qalır” – deyilir John Kerry-nin bəyanatında.

Baş katib narahatdır

Birləşmiş Millətlər Təşkilatının baş katibi Ban Ki-Moon Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bəyanat verib.

BMT baş katibi Ban Ki-moon
BMT baş katibi Ban Ki-moon

Bəyanatda deyilir ki, baş katib Dağlıq Qarabağda təmas xətti boyunca atəşkəsin geniş miqyada pozulmasından dərin narahatlıq hissi keçirir.

O xüsusilə də ağır silahlardan istifadədən və dinc əhali arasında çox sayda insan itkisi xəbərlərindən narahatdır.

Baş katib münaqişə ilə əlaqəli tərəfləri döyüşlərə dərhal son qoymağa, atəşkəs razılaşmasına tam hörmət göstərməyə və gərginliyin azaldılması üçün təcili addımlar atmağa çağırıb.

BMT baş katibi ATƏT-in Minsk qrupuna, habelə bu qorxulu münaqişənin həlli və razılaşdırılmış sülh üçün çalışan bütün tərəflərə dəstəyini ifadə edib.

Davutoğlu dəstək ifadə edib

Ahmet Davutoğlu
Ahmet Davutoğlu

Bu arada Türkiyə baş naziri Ahmet Davutoğlu aprelin 2-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

AZƏRTAC-ın xəbərinə görə, Türkiyənin baş naziri prezidentə qoşunların təmas xəttində baş vermiş son hadisələrdə hərbi qulluqçuların həlak olması ilə bağlı başsağlığı verib.

Məlumatda həmçinin qeyd edilir ki, Ahmet Davutoğlu Azərbaycana öz dəstəyini ifadə edib.

İlham Əliyev isə öz növbəsində baş verənləri təxribat adlandıraraq, qarşı tərəfə lazımi cavab verildiyini vurğulayıb.

Tehran təmkinə çağırıb

Tehran regionda gərginliyin artması ilə bağlı Yerevanı və Bakını təmkinə və eskalasiyadan çəkinməyə çağırıb.

Bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Biz hər iki şimal qonşumuzu təmkinə və situasiyanı daha da çətinləşdirməkdən çəkinməyə çağırırıq” – deyib nazirliyin sözçüsü Jaberi Ansari.

Bəyanatda deyilir ki, regionda ekstermist qruplaşmaların dağıdıcı hərəkətlərinin davam etdiyi bir vaxtda Azərbaycan və Ermənistan arasında toqquşmalar İran İslam Respublikasının dərin narahatlığına səbəb olur.

İran Bakı və Yerevanı münaqişənin Birləşmiş Millətlər Təşkilatı və başqa sülh qrupları vasitəsilə çözümünə çağırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG