Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:59

İraq hökumət qoşunları Kərkükə daxil olur


İraq qüvvələri ölkənin şimalındaklı mübahisəli Kərkük şəhərinə daxil olub. İraq hökumət qoşunlarının şəhər bələdiyyə binası və şəhər ətrafındakı əsas qurğular üzərində nəzarəti ələ aldığı xəbər verilir.

Kərkük sakinləri Reuters agentliyinə bildiriblər ki, İraq əsgərləri hökumət binasının damındakı kürd bayrağını çıxarıblar. Bu bayraq Kərkükün əsas inzibati binası üzərində ötən apreldən bəri dalğalanırdı.

Hazırda hökumət binasının damında yalnız İraq bayrağı var.

Bundan əvvəl günün gündüz saatlarında şəhərdə toqquşmaların baş verdiyi, sakinlərdən bəzilərinin şəhəri tərk etdiyi xəbər verilirdi.

Bu arada şəhərin türkman sakinləri İraq qoşununun gəlişini bayram edirlər.

İraq ordusu bildirir ki, hökumət qoşunları Kərkük vilayətinin hələ də kürdlərin nəzarətində olan şimal bölgəsinə yürüşü davam etdirirlər. İraq hərbçiləri bi bölgədə bəzi qurğuları kürd qüvvələrindən alıblar.

İraq Müdafiə Nazirliyi oktyabrın 16-da bəyan edib ki, Kərkük yaxınlığındakı hərbi hava bazası, aeroport və neft mədəni də daxil, yollar və infrastruktur hökumət qoşunlarının nəzarətinə keçib.

Kürd qüvvələrinin sözçüsü, briqada generalı Bahzad Ahmed deyib ki, federal qüvvələr Kərkükün cənubundakı sənaye ərazilərini ələ keçiriblər və bu zaman “çox sayda itki” olub.

Kürd peşmərgə qüvvələri 2014-cü ildə İslam Dövləti adlanan təşkilatın döyüşçüləri İraqın şimalına müdaxilə edərkən vəziyyətdən fürsətlənərək Kərkük vilayətinin əksər ərazilərini tutmuşdular.

Baş nazir Haidar al-Abadi deyib ki, bu əməliyyat “ölkənin birliyinin qorunması üçün lazım idi”.

Üç həftə bundan əvvəl İraqın şimalındakı kürd regional hökuməti kürd müstəqilliyinə dair referendumu həm də Kərkükdə keçirmişdi.

Kürd rəsmilər bildirirdilər ki, sakinlərin çoxu bu referendumda müstəqilliyə səs verib. Bağdad hökuməti bu referendumu qanunsuz elan edib.

Oktyabrın 15-də Birləşmiş Ştatlar bütün tərəfləri regionadakı sabitliyi pozacaq hərəkətlərə yol verməməyə çağırmışdı.

ABŞ, dövlət departamenti bildirib ki, Vaşinqton bölgədə baş verən qarşıdurmalardan narahatdır.

Neftlə zəngin Kərkük vilayəti kürdlər və Bağdad hökuməti arasında mübahisəli ərazi sayılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG