Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Oswald Kennedy-ni öldürməzdən əvvəl DTK-nın “sui-qəsdlər zabiti” ilə görüşübmü?


Oswald xəfiyyələrin əhatəsində. 23 noyabr 1963-cü il
Oswald xəfiyyələrin əhatəsində. 23 noyabr 1963-cü il

ABŞ hökumətinin prezident John F. Kennedy-nin 1963-cü ildə baş vermis qətli ilə bağlı indiyədək məxfi olan sənədləri açmaq qərarı o zamandan bəri qaranlıq qalan bir sualı yenidən diqqət mərkəzinə gətirib: Prezidentə atəş açmış Lee Harvey Oswald bu qətldən iki ay əvvəl Meksikada Sovet kəşfiyyat zabitləri ilə görüşübmü?

Bu zabitlərdən biri olan Valeri Kostikov-un adını Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Kennedy-nin qətlindən bir gün sonra aşkar etmişdi. Onun sovet casus agentliyinin “təxribat və sui-qəsdlərə” cavabdeh olan 13-cü şöbəsinin zabiti olduğu iddia edilirdi.

Oswald-ın Kostikovla əlaqələri bu qətlddən xeyli əvvəl məlum idi və belə bir şayiəyə səbəb olmuşdu ki, DTK-nın Kennedy-nin qətlində əli olub.

İndi Kennedy-nin qətli ilə bağlı 3000 sənədin açılması barədə qərarla əlaqədar Oswald-ın Kostikovla Meksikadakı Sovet səfirliyyində görüşməsi barədə məlumat həm Qərb, həm də Rusiya mediasının diqqətini cəlb edib.

Lakin 1963-cü ilin sentyabrında Meksikadakı konsulluqdan SSRİ-yə getmək üçün cidd-cəhdlə viza almağa çalışan Oswaldla həmin vaxt həmin konsulluqda vise-konsul işləyən Kostikov arasında baş vermis görüşün təfərrüatları barədə çox az məlumat var.

Bu həftə ABŞ-ın MuckRock saytı yazıb ki, MKİ-nin direktoruna FTB direktoru J Edgar Hoover-in 1964-cü ilin sentyabrında göndərilmiş memoda, Kostikoivun DTK-nın 13-cü şöbəsində işlədiyini tam təsdiq edən məlumatların olmadığı göstərilir.

Hoover bu memoda MKİ direktoruna Kostikov-un 13 şöbədə işlədiyinə dair hissəni dəyişərək “13-cü şöbədə işləyə bilər” ifadəsi ilə əvəz etməyi təklif edir.

Bunun ardınca MKİ 1964-cü ilin əvvəllərində yazdığı hesabatda Oswald-ın Mexikoda diplomatik pərdə altında çalışan Kostikov və başqa DTK zabitləi ilə bağlarının “sırf təsadüf” olduğu bildirilirdi.

Valeri Vladimiroviç Kostikov kim olub?

Rusdilli mənbələrdə Kostikov haqqında çox cüzi məlumatın olmasına baxmayaraq, MKİ-nin açıqlanmış sənədlərində onun barəsində, bioqrafiyası da daxil bir xeyli məlumat var.

Bu sənədlərə görə o, 1933-cü ildə Moskvada doğulub və elə burada Xarici Dillər İnstitutunda təhsil alıb. MKİ-nin məlumatına görə ispanca səlis danışan Kostikov İspaniyada keşirilən bir çox sərgilərdə tərcüməçilik edib, sonralar Meksika və Kubaya səfər edib.

AzadlıqRadiosu yazır ki, Kostikovun xarici görkəmi “FTB-nin nəzarətində olmuş ikili agentin əlamətlərinə” uyğun gəlir. MKİ-nin materiallarında Kostikov-un birbaşa rəisinin Birləşmiş Ştatlarda işləyən Oleq Brıkinin olduğu bildirilir. Brıkin 13-cü şöbənin əməkdaşı olub.

1963-cü il 23 noyabr tarixli açıqlanmış məxfi sənədə görə Oswald 1963-cü ilin 28 sentyabrında Mexikodakı Sovet səfirliyində olub.

1959-cu ildə Minskdə özünün sovet arvadı ilə 2 il yarım yaşadıqdan sonra Birləşmiş Ştatlara qayıtmış Oswald-ın yenidən SSRİ-yə getmək üçün canfəşanlıqla viza almaq istədiyi məlumdur.

MKİ sənədindən məlum olur ki, Oswald 1963-cü il oktyabrın 1-də Sovet səfirliyinə zəng edib və pozuq rusca danışaraq Kostikovla görüşdüyünü deyib.

Bu da məlum olur ki, Oswald bu zənglə onun barəsində Vaşinqtondan bir xəbər olub-olmadığını öyrənmək istəyirmiş.

Kostikovun Oswald-la görüşləri barədə, həm də onun DTK həmkarı Oleq Neçiporenkonun Kennedy-nin qətli haqqında yazdığı kitabda da bəhs olnur.

Kitabın rusca variantında deyilir ki, Oswald 28 sentyabr 1963-cü ildə səfirliyə gələndə Kostikov yoldaşları ilə volleybol oynamağa hazırlaşırmış.

Kostikov deyib ki, o diplomatik şəhəciyə qayıdanda oradaOswald-ın onun həmkarı Pavel Yatskovla söhbət etdiyini görüb.

Kostikov deyir ki, söhbət zamanı FTB-nin adı çəkiləndə Oswald isterikaya düşüb, ağlayaraq bildirib ki, bu təşkialtın onu öldürəcəyindən qorxur.

Bundan sonra Oswald tapança çıxarıb və deyib ki, bunu təhlükəsizliyi üçün gəzdirir. O tapançanı stolun üstünə qoyub. Yatskov tapançanın içindəki güllələri çıxararaq onu siyirtməyə atıb.

Onlar Oswald-a bir stəkan su veriblər və Kostikov saatına baxıb. Volleybol oyununa az qalırmış.

“Təlimli neytrallaşdırıcı”

Kennedy-nin qətlinə dair sənədlərin açıqlanacağı barədə məlumatdan iki gün əvvəl Brian Litman adlı ABŞ biznesmeni Tvitterdə Kostikovun şəkli olduğu iddia olanan foto yaymışdı.

Litman-ın LinkedIn profilindən görünür ki, o, 1990-cı illərin əvvəllərində Rusiyada media sənayesində fəaliyyətdə olub və Kostikov da daxil bir neçə DTK zabitini təmsil edib. 1992-ci ilə aid bir qəzet yazısı və pres-reliz bunları təsdiqləmiş olur.

O oktyabrın 26-da çap etdiyi postda bildirir ki, Kostikov DTK-nın 13-cü şöbəsinin əməkdaşı olub. Litman Kostikovu “təlimli neytrallaşdırıcı” adlandırır. Bununla yanaşı Litman yazır ki, Kostikov-un Oswald-la görüşü “yalnız və yalnız birincinin diplomatik vəzifəsi ilə bağlı olub”.

Litman bunu da yazır ki, bir neçə dəfə Kostikovun evində olub və onun o vaxt Moskvanın Kuzminski rayonunda yaşadığını bilir. Litman bildirir ki, Kostikov DTK-dan 1992-ci ilin yanvarında pensiyaya çıxıb və bundan səkkiz il sonra, 2000-ci ilin oktyabrında vəfat edib.

Bu məlumatlar müstəqil mənbələrlə yoxlanmayıb.

Litman AzadlqRadiosuna oktyabrın 27-də göndərdiyi email-də yazıb ki, Kostikov-un ölümündən 10 il əvvəl onun dul xanımına zəng edəndə xəbər tutub. Litman Kostikovun “100 faiz 13-c şöbədə işlədiyini” yazır.

Kostikov barədə məsələyə indiyədək açıqlanmamış 167 səhifəlik MKİ sənədlərinin dərc olunması işıq sala bilər.

Prezident Trump hələ də məxfi olan bəzi sənədlərin açılmasını təxirə salıb.

“Yad ünsür: Lee Harvey Oswald Sovet İttifaqının içində” (The Interloper: Lee Harvey Oswald Inside The Soviet Union) kitabının müəllifi Peter Sadovnik AzadlıqRadiosuna deyib ki, JFK-in sənədləri arasında Warren komissiyasının nəticələrinə zidd olacaq sənəd ola bilməz. Bu komissiyanın hesabatına görə isə Oswald tənha qatil olub.

Lakin Sadovnik bunu da əlavə edib ki, hökumətin bu barədə yalan danışdığına inananların da fikrini dəyişə biləcək sənədlər yoxdur.

O deyib: “Qəsd nəzəriyyəçiləri aldadıldıqlarına inanmaq istəyirlər. Bu onların mahiyyətidir”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG