Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:00

Keçmiş nazir müavini həbs edilib


Məhkəmə, arxiv foto
Məhkəmə, arxiv foto

Mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov və bu nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun barəsində 4 aylıq həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.

Bu barədə Səbail Rayon Məhkəməsindən məlumat verilib.

Bildirildiyinə görə, bu gün, mayın 9-da Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Nazirliyinin (DTX) təqdimatına baxılarkən bu qərar verilib.

Onların Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham edildiyi bildirilir.

Amma, hələlik, ittihama onların və vəkillərinin münasibətini öyrənmək mümkün olmayıb.

Rafiq Bayramov və Zakir Sultanovun bir gün əvvəl, mayın 8-də vəzifələrindən azad edildiyi qeyd olunur.

DTX elə həmin gün, mayın 8-də Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi."Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı… əməliyyat-istintaq tədbirləri həyata keçirilir", deyə qurum bildirmişdi.

DTX vurğulayırdı ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırlatma

DTX son aylar Ağstafa, Neftçala, İmişli və Biləsuvar rayon icra hakimiyyətlərində də əməliyyat keçirib. Həmin rayonların icra başçıları həbs edilib. Onlar rüşvət və vəzifə səlahiyyətlərini aşmaqda günahlandırılırlar. İttihamlara, hələlik, onların və ya vəkillərinin münasibətini almaq mümkün olmayıb. Sonuncu belə əməliyyat mayın 5-i İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG