Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 22:50

Keçmiş polis rəisi “Elə söz-söhbətə görə, arvadımı boşadım” deyir


Foto: arxiv

Hakim şikayətçi ilə Mahir Əkbərov arasındakı “whatsapp” danışıqlarının araşdırılmasına qərar verib

Bu yaxınlaradək Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin rəisi olan Mahir Əkbərov hakim önünə çıxarılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşı Leyla Əkbərovanın işinə görə şahid kimi dindirilir, amma özü də dələduzluqda suçlanır. Dindirmə zamanı hakimə onun əleyhinə yazışmalar da təqdim olunub.

Buna da bax: Keçmiş rabitəçilərə 153 milyonluq ittiham

95 saylı orta məktəb-də müəllim işləyən Leyla Əkbərova saxta sənəd hazırlamaqda, müxtəlif adamlardan işə düzəltmək, saxta diplom problemini çözmək və s. vədlərlə pul alıb qaytarmamaqda günahlandırılır. O, xeyli şikayətdən sonra ilyarım öncə həbs olunub. Zərərçəkmiş kimi tanınan şikayətçilərLeyla Əkbərova ilə yanaşı, ərinin də cəzalandırılmasını tələb edirlər. Bir neçə nəfər "batan" pullarını birbaşa keçmiş polis rəisinin özünə verdiyini söyləyir.

Məsələn, Anarə Məmmədova deyir ki, həyat yoldaşı Dəyanət Məmmədov ikinci təhsil diplomu almaq üçün Mahir Əkbərova 12 min manat verib. Ümumiyyətlə, başqa qohum-tanışlarını da ər-arvad Əkbərovlarla tanış edib. Onlardan işə düzəlmək, təqaüdə çıxmaq və s. bəhanələrlə üst-üstə 116 min manat pul alınsa da,nə iş düzəlib, nə də pul qaytarılıb.

Manat
Manat

"Elə bu söz-söhbətlərə görə arvadımı boşadım"

Keçmiş polis rəisi deyilənlərin böhtan olduğunu, bu əməlləri xanımının ondan xəbərsiz gördüyünü, elə bu üzdən onu boşadığını bildirir:

Buna da bax: Eldar Mahmudovun qohumu məhkəmədə ifadə verdi

"Mən Leylanı üç il əvvəl boşamışam - elə bu söz-söhbətlərə görə. Böyük qızım Anarənin qardaşı ilə nişanlı idi, bütün bu problemlər də onlarla qohumluqdan sonra başlandı. Qardaşı işləmirdi, 10 min ilkin ödənişlə ona maşın aldım, indi də həmin krediti ödəyirəm. Gördüm yenə işləmir, avaralanır, maşını əlindən aldım. Ondan sonra pul söhbətləri çıxdı. Kimin kimdən pul alması, kimin kimi işə düzəltməsi kimi söhbətlərdən bezdim və Leylanı boşadım. Amma Leylaya görə yenə mənə zəng vururdular. Bir neçəsinin pulunu da qaytardım. İlyarımdır həbsdədir, heç kimi yoxdur, ona indi də mən baxıram. Bir övladım birinci qrup əlildir. Araşdırsanız, görərsiniz ki, banklara nə qədər borcum var.

Deyir ki, həyat yoldaşı ikinci təhsil diplomu almaq, universitetə işə düzəlmək üçün mənə pul verib. Mən rektoram, təhsil naziriyəm ki, diplom verim, adam işə düzəldim? Hamısı şər-böhtandır".

"Onu bu zülmə mən salmışam"

Şikatyətçilərdən Dəyanət Məmmədov israrla deyir ki, 12 min manatı şəxsən Mahir Əkbərovun özünə "Arpaçay" kafesi-ndə verib və bunu sübut edən mesajları da var:

Buna da bax: Baş mühasib: 'Qurbanlıq qoyun kimi burdayam'

"Bir müddət sonra iş düzəlmədi. Mahir dedi ki, guya, məni özünə yaxın bilib, verdiyim pulu restoranının sənədlərini düzəltməyə xərcləyib".

Leyla Əkbərova keçmiş həyat yoldaşının ünvanına səslənən ittihamların əsassız olduğunu bildirir və "üç övladımın atasını bu zülmə mən salmışam", - deyir.

WhatsApp logo
WhatsApp logo

Zərərçəkmiş tərəfin vəkili Vasif İsrafilov Dəyanət Məmmədovla Mahir Əkbərov arasındakı “Whatsapp” danışıqlarını məhkəməyə təqdim edib. Onlarla tanış olan hakim bu danışıqların araşdırılmalı olduğunu deyib və keçmiş polis rəisindən dekabrın 15-də keçiriləcək növbəti məhkəməyə gəlməsini tələb edib.

Mahir Əkbərov məhkəməyə gələcəyini desə də, təqdim edilmiş danışıqların gerçək olmadığını söyləyib.

XS
SM
MD
LG