Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:10

Keçmiş nazir müavininin məhkəmədə dindirilməsi tələb olunur


məhkəmə, arxiv foto
məhkəmə, arxiv foto

2004-2015-ci illərdə "Dövlət Dəmir Yolları" QSC-nin rəisi, daha sonra 2017-ci ilin fevralında Nəqliyyat Nazirliyi ləğv olunanadək nazir müavini olmuş Arif Əsgərovun məhkəmədə dindirilməsi tələb olunur. İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun işinə baxılarkən bu tələb səslənib. Vəsatəti qaldıran Rahib Hüseynovun vəkili olub.

VƏKİL: “ONLAR BİRBAŞA GÜNAHKARDIRLAR”

"Dövlət büdcəsini talayanlar məsuliyyətdən kənarda qalıb. Arif Əsgərov və digərləri gəlib məhkəmədə ifadə verməlidilər. Onlar birbaşa günahkardılar", - vəkil belə deyib.

“4 MİLYON 300 MİN MANATLIQ DƏLƏDUZLUQ”

Rahib Hüseynov 4 milyon 300 min manatlıq dələduzluqda suçlanır. İddia olunur ki, o, müxtəlif adamları dəmiryolu üçün xaricdən avadanlıq, yataq dəstləri gətirib biznes qurmaq adıyla aldadıb, onların pullarını ələ keçirib.

“YALANDIR. PULLAR FAİZƏ VERİLİB”

Rahib Hüseynov isə o adamların pulu faizlə verdiyini bildirir. Həm də bu işin təşkilatçısının özü yox, xalası oğlu Elnar olduğunu deyir. Pullar ona verilib, o isə işləri idarə edib. Yəni Arif Əsgərovun oğlu dəmiryolu üçün xaricdən avadanlıqlar gətirdərək, dövlətə baha qiymətə satıb. Qazancdan isə pul aldığı şəxslərə də faiz verib.

“25 MİLYONADƏK PULDAN SÖHBƏT GEDİR”

Rahib Hüseynov faizlə pul alınmış adamların adları, ödənilən məbləğlər, gündəlik xərclər və s. məlumatların yazıldığı 5 kitabçanı məhkəməyə təqdim edib. Orada sələmlə pul vermiş şəxs kimi bir sıra vəzifəlilərin də adları yer alıb. Kitabçalarda ümumilikdə 25 milyona qədər puldan söhbət gedir.

ARALARINDA VƏZİFƏLİLƏR DƏ VAR

Kitabçada adları olan şəxslərin bəziləri məhkəməyə çağrılaraq dindirilib. Məsələn, İnterpolun Milli Mərkəzi Bürosunun rəis müavini Anar Qocayev. O həm də Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayevin oğludur.

“RAHİB HÜSEYNOV HƏBSDƏ DEYİL”

Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə ittiham olunan Rahib Hüseynov həbsdə deyil. Hökm elan olunana qədər onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

“ELNARIN ADI BAŞQA BİR İŞDƏ”

R. Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda suçlanaraq, bir müddət öncə 9 il azadlıqdan məhrum edilib. Həmin işdə də sabiq nazir müavininin oğlu Elnar Əsgərovun adı hallanırdı. Zərərçəkmişlər bildirirdilər ki, onlar pulu Elnara veriblər.

ELNAR ƏSGƏROV GÜNAHI OLMADIĞINI BİLDİRİR

Elnar Əsgərov hər iki xalası oğlunun məhkəməsində dindirilib. O, heç bir günahı olmadığını, əksinə, xalası oğlanlarının onun atasının adından və nüfuzundan istifadə etdiklərini, onların özünə də ziyan vurduqlarını söyləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG