Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Dekabr, Cümə, Bakı vaxtı 05:10

Gulnara Karimovaya yeni cinayət işi açılıb


Gulnara Karimova
Gulnara Karimova

Özbəkistanın hakimiyyət orqanları bildirib ki, mərhum prezident Islam Karimovun böyük qızı Gulnara Karimovaya qarşı mənimsəmə iddiaları ilə bağlı yeni cinayət işi açılıb.

Özbəkistanın Baş Prokurorluğu avqustun 19-da bildirib ki, hazırda başqa bir cinayət işi ilə bağlı həbsxanada olan Karimova iki sement zavodunun dövlətə aid səhmlərini qanunsuz almaqda və sonradan əcnəbi biznesmenlərə satmaqda ittiham olunur.

Bəyanatda deyilir ki, Karimova daha sonra “bu əcnəbi alıcıların qanunsuz fəaliyyətlərini himayə edib və respublikanın maraqlarına xüsusilə böyük məbləğdə ziyan vurub”.

Baş Prokurorluq bildirir ki, Karimova habelə bir neçə şirkətin rəhbərini “zorakılıqla hədələməkdə” şübhəli bilinir.

Həmin sahibkarlar prezident qızının onları bizneslərini ona satmağa məcbur etdiyini iddia ediblər.

47 yaşlı Gulnara Karimova mart ayında ev məhbusluğunun qaydalarını pozduğuna görə qapalı koloniyaya köçürülüb.

O 2015-ci ildə 5 il müddətinə azadlıqdan məhrum edilımişdi, lakin ev məhbusu kimi saxlanırdı.

Özbəkistan prokurorları bildirirlər ki, onlar Karimovaya məxsus 1, 5 milyard dollarlıq xarici aktivləri müsadirə etməyə çalışırlar.

Karimovanın vəkili Gregoire Mangeat iyun ayında demişdi ki, İsveçrə hökuməti bu işlə bağlı müsadirə edilmiş 555 milyon dolların Özbəksitana qaytarılmasını dayandırıb.

Vəkil bildirirdi, pulun qaytarılmasının təxirə salınması Karimovaya qarşı pis rəftar və onun hüquqlarının pozulması ilə bağlıdır. Vəkil bunu da deyirdi ki, Karimovaya zəruri tibbi yardım göstərilmir.

Karimovanın qızı Iman iyun ayında yazırdı ki, anasının cərrahiyyə əməliyyatına ehtiyacı var.

XS
SM
MD
LG