Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:06

İsveçrə milyonların Özbəkistana qaytarılmasını dayandırır


Gulnara Karimova fransız aktyor Gerard Depardieu ilə mahnı yazır
Gulnara Karimova fransız aktyor Gerard Depardieu ilə mahnı yazır

İsveçrə hakimiyyəti Özbəkistanın birinci prezidenti İslam Karimovun qızı Gulnara Karimova-ya, ona bağlı şəxs və şirkətlərə məxsus hesablardan yüzmilyonlarla dolların bu ölkəyə qaytarılmasını dayandırıb.

Karimova-nın İsveçrə banklarındakı hesablarına 2015-ci ildə ona cinayət işi açılandan sonra həbs qoyulub. Karimova korrupsiyada, ABŞ və Avropanın bir sıra ölkələrində çirkli pulyumada ittiham olunur. İstintaq bildirir ki, Karimova altı telekommunikasiya şirkətindən 1 milyard dollar rüşvət alıb, öz ölkəsində mobil rabitədən ötrü lisenziya təminatı verib, bu pulları ofşor şirkətlər vasitəsilə ölkədən çıxarıb.

Karimova-nın səhhətinin pisləşdiyi deyilir

Vəsaitin böyük bir hissəsi, 555 milyon dollara yaxını İsveçrədəki hesablarda aşkarlanıb. Bu ilin iyunundan İsveçrə vəsaitin bir hissəsini Özbəkistana qaytarmağa razılaşıb. Ancaq indi prosesin dayandığı bildirilir.

Gregoire Mangeat
Gregoire Mangeat

Karimova-nın vəkili Gregoire Mangeat və qızının bildirməsinə görə, transferin dayandırılmasına səbəb Karimova-nın cəzasını çəkdiyi koloniyada səhhətinin kəskin pisləşməsidir. Ona gərəkən tibbi yardımın göstərilmədiyi iddia olunur.

Hələlik, Özbəkistan hakimiyyəti transferin dayandırılmasını şərh etməyib. Ölkənin ombudsmanı Ulugbek Mukhammadiev keçmiş prezident qızına 21 saylı koloniyada baş çəkmiş, onun səhhətinin qənaətbəxş olduğunu, gərəkən tibbi yardımı da aldığını bildirmişdi. Ancaq Ədliyyə Nazirliyi bu yaxınlarda bildirib ki, koloniyada yoxlama aparılacaq.

Atasının ölümündən sonra, 2017-ci ildə Karimova Özbəkistanda 10 illik azadlıqdan məhrumetməyə məhkum edilib, vergidən yayınmada, mənimsəmədə, pul qoparmada, ofşor şirkətlərini sənədlərini məhv etməkdə təqsirli bilinib. 2019-cu ilin martında isə ev dustaqlığının şərtlərini pozmaqda ittiham olunaraq Daşkənd vilayətində koloniyaya göndərilib. Karimova və qızı isə həbs şərtlərinin pozulmadığını iddia edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG