Keçid linkləri

Təcili xəbərlər
2020, 11 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 23:36

Karantin avqustun 31-dək uzadılıb


Sərtləşdirilmiş xüsusi karantin rejimi isə bəzi yerlərdə avqustun 5-nə kimi davam edəcək

Azərbaycan üzrə xüsusi karantin rejimi 2020-ci il avqustun 31-i saat 00:00-dək uzadılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah bugün, iyulun 17-də məlumat yayıb. Məlumatda bu qərar yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlili ilə izah edilir.

Bununla yanaşı bildirilir ki, şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda iyulun 20-dən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində, Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə avqustun 5-i saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.

Həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:

25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək;

1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək

“Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyul tarixindən edibarən masaj və hamam xidməti istisna olunmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir. Eyni zamanda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır”, açıqlamada yazılıb.

Həkim: 'Kütləvi aksiyalar koronavirusa yoluxanların sayını artıra bilər'
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

Azərbaycanda karantin rejimi bu il martın 24-dən tətbiq edilir. Bir ara karantin sərt qaydada tətbiq edilsə də, aprelin 27-dən bu mərhələlərlə yumşaldılmağa başlanmışdı. Amma son aylar koronavirusa yoluxmanın artmasından sonra hökumət Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda iyunun 21-dən ciddi karantin (evdən SMS icazəsi ilə çxmaq və sairə) rejiminin tətbiqinə qərar vermişdi. Sonradan sərt karantinin tətbiq edildiyi bölgələrə yeniləri də əlavə edildi. Bunlar Goranboy, Göygöl, Mingəçevir şəhərləri və Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki rayonları idi.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 14 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 593 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyə kimi umumilikdə 26 min 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 341 nəfəri vəfat edib.

Şərhlər

XS
SM
MD
LG