Kanadanın Quebec City şəhətində yanvarın 29-da İslam Mədəniyyət Mərkəzi məscidində baş vermiş terror zamanı qətlə yetirilən 6 nəfərdən üçünündəfn mərasimi keçirilib.
Mərasimdə Kanadanın baş naziri Justin Trudeau, millət vəkilləri, din adamları, minlərdə sadə kanadalı iştirak edib. Fevralın 3-də isə terrorda həaytını itirən daha 3 nəfərin dəfn mərasimi keçirilmişdi.
Kanadanın baş naziri Justin Trudeau deyib ki, ölkəsi gühansız qurbanları heç vaxt unutmayacaq.
Yanvarın 29-da Alexandre Bissonnette adlı 27 yaşlı universitet tələbəsi İslam Mədəniyyət Mərkəzinin məscidinə silahlı hücum etmişdi.
Namaz vaxtı məscidə edilən hücum nəticəsində 6 nəfər ölmüşdü, 19 nəfər yaralanmışdı.Hadisədən sonra Alexandre Bissonnette həbs edilib. O, fevralın 21-də məhkəmə qarşısına çıxarılacaq.