Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:10

Ottava 'Maqnitski qanunu'nu dəstəkləyir


Chrystia Freeland
Chrystia Freeland

Kanada hökuməti Rusiya və digər ölkələrin insan haqları pozuntularında suçlu bilinən rəsmilərinə sanksiyaları dəstəkləyəcək. Bunu ölkənin xarici işlər naziri Chrystia Freeland mayın 17-də deyib.

O, parlamentdə söyləyib ki, Kanadanın liberal hökuməti xarici rəsmilərə qarşı cəza tədbirlərinin genişləndirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyir. Həmin cəza tədbirlərinə sərvətin «dondurulması» da daxildir.

Bu qanun Rusiyada korrupsiyaya qarşı çıxmış vəkil Sergei Magnitsky-nin adıyla bağlıdır. O, rəsmiləri 230 milyon dollarlıq vergi fırıldağına ittiham edəndən sonra həbsə atılıb və 2009-cu ildə həbsdə dünyasını dəyişib.

«DÜNYA DÜZGÜN YOLDADIR»

Freeland deyib ki, dünya düzgün yolu seçib və bu, güclü mesaj deməkdir.

«Kanadada və başqa yerlərdə insan haqlarına görə sanksiyalar, özəlliklə də, Sergei Magnitsky işi düzgün olaraq güclü maraq doğurub», – o söyləyib.

***Buna da bax-ABŞ 'xarici despot və korrupsiyaçılara qənim qanunu' qəbul etdi

Bir ay öncə İcmalar Palatasının xarici əlaqələr komitəsi hökuməti sanksiya qanunvericiliyini insan haqlarını pozanlara da aid etməyə çağırıb. Əvvəlki mühafizəkar hökumət bu məsələyə ehtiyatla yanaşırdı.

Maqnitski Aktını parlament də dəstəkləyir və qanun qüvvəsinə minəcəyi realdır.

İndiyədək qanunu qəbul edən ölkələrə Rusiyanın baxışı dəyişdiyindən, Kanadayla da münasibətlərin sərinləyəcəyi görünür.

***Buna da bax-Avtoritarların London mülkləri müsadirə oluna bilər

Obama administrasiyası və ABŞ Konqresi 2012-ci ildə Maqnitski Aktını qəbul edib. Bundan sonra Rusiya prezidenti Vladimir Putin ABŞ vətəndaşlarına rusiyalı uşaqların övladlığa verilməsini qadağan edib.

FREELAND VƏZİFƏYƏ KEÇƏNDƏN...

Əslində Ottavayla Kremlin münasibətləri elə Freeland vəzifəyə keçəndən gərilib. Bu xanım Rusiyadakı repressiyaları sərt tənqid edənlərdəndir. Rusiya 2014-cü ildə onu sanksiya siyahısına salıb. Rusiya həmin addımı Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra Qərbin qoyduğu sanksiyalara cavab olaraq atılıb.

Freeland jurnalist karyerası dövründə Putin-ə «çox təhlükəli» avtoritar deyirdi.

Britaniya ötən ay oxşar qanunu qəbul edib. Bu qanun hüquq pozucularının sərvətlərini dondurmağa imkan verir.

Kremlin insan haqları şurası S.Magnitsky-nin həbsdə döyülərək öldürülməsinə dair sübutun olduğunu açıqlamışdı. Amma Putin bu iddiaları rədd edib, onun ürək çatışmazlığından öldüyünü bildirib.

XS
SM
MD
LG