Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:01

Kamran Əliyevin baş prokuror olmasına razılıq verildi


K.Əliyev

Milli Məclisin bugün, mayın 1-də keçirilən iclasında "Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Qanunvericiliyə görə, ölkə prezidenti İlham Əliyev parlamentin razılığından sonra K.Əliyevin təyinatı ilə bağlı sərəncam imzalayacaq.

Kamran Əliyev kimdir?

Kamran Bayram oğlu Əliyev 1965-ci il noyabrın 18-də Azərbaycanın Balakən rayonunda doğulub. Rusiyanın İrkutsk Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1990-1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili alıb, paralel olaraq həmin müəssisədə elmi işçi vəzifəsində işləyib. 1993-cü ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb.

Daha sonra köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunub. Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və Ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq, böyük müstəntiq, Baş prokurorun köməkçisi, böyük köməkçisi, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin rəisi işləyib. 2007-ci ildən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.

II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının üzvü, Hüquq elmləri üzrə fəlsəfə doktorudur.

Ona qədər isə Azərbaycanda Baş prokuror vəzifəsində 20 il Zakir Qaralov çalışıb.

XS
SM
MD
LG