Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:17

Kremldən Kadyrov-un “ipini çəkməyi” tələb edirlər


Ramzan Kadyrov
Ramzan Kadyrov

Nüfuzlu beynəlxalq təşkilatlar Vladimir Putini Ramzan Kadyrov-un jurnalistlərə və fəallara qarşı “hədələri” və “alçaldıcı” bəyanatları barədə ölçü götürməyə çağırırblar

Nüfuzlu beynəlxalq təşkilatlar Rusiya prezidenti Vladimir Putini və onun hökumətini çeçen lider Ramzan Kadyrov-un və onun yaxın çevrəsinin jurnalistlərə və fəallara qarşı “hədələri” və “alçaldıcı” bəyanatları barədə ölçü götürməyə çağırırblar.

Bizim müşahidələrimiz göstərir ki, hökumət tənqidçilərinə qarşı hədə ritorikasının ardınca, adətən zorakılıq və jurnalistlərin özünüsenzuraya məcbur edilməsi gəlir

Amnesty International və Nyu Yorkda mənzillənmiş Jurnalistlərin Müdafiəsi Komitəsi (Committee to Protect Journalists - CPJ) Kadyrov-un və vəzifəli Çeçenistan rəsmilərinin tanınmış jurnalistləri və Kremlin tənqidçilərini qaralayan son bəyanatlarından və sosial mediada yazdıqları postlardan dərin narahatlıq ifadə ediblər.

"Bizim müşahidələrimiz göstərir ki, hökumət tənqidçilərinə qarşı hədə ritorikasının ardınca, adətən zorakılıq və jurnalistlərin özünüsenzuraya məcbur edilməsi gəlir” – yazır CPJ-in baş direktoru Joel Simon Vladimir Putinə ünvanladığı məktubda. Bu məktub yanvarın 21-də təşkilatın internet saytında dərc olunub.

Bu məktubdan bir gün əvvəl Amnesty Rusiya hakimiyyətini “Çeçenistanın siyasi rəhbərliyinin tanınmış insan haqları müdafiəçilərinə, media işçilərinə və siyasi fəallara pərdəli hədələri” barədə tədbir görməyə çağırmışdı.

“Belə hədələrə qeyri-ciddi baxılmamalıdır” – deyilirdi Amnesty-nin bəyanatında.

Çaqqallar

Son on gündə Kadyrov və onun adamları liberal siyasətçilər, fəallar və jurnalistlərin üstünə düşmən ritorika ilə hücum çəkiblər. Hədəfə alınanların arasında “Exo Moskvı” müstəqil radiostansiyasının baş redaktoru Aleksei Venediktov, veteran insan haqları mübarizi Lev Ponomaryov və müxalifət fəalı İlya Yashin də var.

Vladimir Putin və Ramzan Kadyrov Kremldə
Vladimir Putin və Ramzan Kadyrov Kremldə

Kadyrov, 2007-ci ildə Putin ona bu vəzifəni verəndən bəri, federativ Rusiyanın təlatümlü Şimali Qafqaz regionundakı subyekti - Çeçenistan respublikasını dəmir əllə idarə edir.

Yanvarın 15-də səsləndirdiyi bəyanatda o, Putinin opponentlərini mühakimə edilıməli olan “xalq düşmənləri” adlandırıb.

Rusiyanın aparıcı qəzetlərindən birində dərc etdirdiyi məqalədə Kadyrov bu adamları “çaqqal” adlandırır və və bəyan edir ki, Rusiyanı xilas etmək üçün onları cəzalandırmaq lazımdır.

Putinin arxasındakı “qaya”

Kreml tənqidçiləri son 10 gündə Kadyrov və onun adamlarının internetə yüklədikləri video və fotoları hədə kimi qəymətləndiriblər.

İnstagrama yüklənmiş bu videolardan birində Rusiya parlamentinin çeçen üzvü Adam Delimkhanov və yanındakılar “Kadyrov Rusiyanın söykəndiyi qayadır” deyə şüar qışqırırlar. Video ötən fevralda müxalifət lideri Boris Nemtsovun qətlə yetirildiyi körpünün üstündə çəkilib.

Kadyrov-un bir çox tənqidçiləri Nemtsov-un qətli arxasında məhz Kadyrov-un dayandığından şübhəlidirlər.

O bu işlə əlaqəsi olduğunu danır və Nemtsovun yaxınlarının və silahdaşlarının tələblərini rədd edərək suallara cavab verməkdən boyun qaçırır.

Kadyrov-u diqqətlə oxumaq lazımmış...

CPJ və Amnesty vurğulayırlar ki, Putinin qatı tənqidçisi jurnalist Anna Politkovskaya 2006-cı ildə və çeçen fəalı Natalya Estemirova 2009-cu ildə qətlə yetirilməzdən az əvvəl məhz indikinə bənzər şəkildə hədələrlə üzləşmişdilər.

İnsan haqları fəalı Natalya Estemirova da qətlindən əvvəl hədələnmişdi
İnsan haqları fəalı Natalya Estemirova da qətlindən əvvəl hədələnmişdi

“Biz sizi mətbuatın hər hansı bir şəkildə hədələnməsi cəhdlərini pisləməyə və Rusiya konstitusiyasının qarantı kimi, jurnalistlərin hökuməti tənqid edə bilmək hüququna hörmət göstərməyə çağırırıq” –yazıb Simon Putinə.

Amnesty Rusiya hakimiyyətini hədələnən şəxlərin mühafizəsinin “təcili” qaydada təşkil olunmasına çağırıb.

Lakin Putinin sözçüsü Dmitry Peskov yanvarın 20-də deyib ki, Kadyrov “İzvestiya” qəzetində yalnız “legitim siyasi arenanın hüdudlarından kənarda olan qeyri-sistem fiqurlar” barədə yazıb.

Peskov İnterfax agentliyinə deyib ki, Kadyrov-un “əsərini” sakit bir tərzdə, diqqətlə oxumaq lazımdır.

XS
SM
MD
LG