-
Rusiya prezidenti «Çeçenneftximprom» şirkətinin Çeçenistana verilməsini və hökumətdən bu qərarı dəstəkləməsini istəyib. Açıqlandığına görə, şirkətin dəyəri 2 milyard rubldur (28.3 milyon dollar).
Bu barədə məlumat «Kommersant» qəzetində əksini tapıb. Çeçenistan rəhbəri Ramzan Kadyrov-un dekabrın 3-də yazdığı məktubu əldə edən qəzet bildirib ki, Kadyrov şirkətin iki ən böyük aktivindən birinin Çeçenistanın səlahiyyətinə verilməsini istəyib.
Hazırda müəssisəni «Rosneft» idarə edir.
Çeçenistan rəhbərliyi indiyədək dəfələrlə «Rosneft»in səmərəsiz işini, iş yerlərinin ixtisarını və vergilərin azalmasını əsas gətirərək, şirkət aktivlərinin respublikanın balansına verilməsi məsələsini qaldırıb.
Çeçenistanın neft ehtiyatlarının 60 milyon ton olduğu bildirilir. «Rosneft» bu respublikada hasilata nəzarət edir. Rəsmi məlumata görə, Çeçenistanda hasilat kəskin azalır. Son altı ildə neft hasilatı səkkiz dəfə aşağı düşüb.