Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:49

Kadyrov səs verəndən sonra "ləzginka" oynadı


Ramzan Kadyrov
Ramzan Kadyrov

-

Ramzan Kadyrov sentyabrın 18-də Çeçenistan liderliyinə keçirilən seçkidə liderlik edir.

Bülletenlərin 15 faizinin sayılması onun 97 faizdən çox səs topladığını göstərir.

Bu barədə sentyabrın 19-da Rusiyanın Mərkəzi Seçki Komissiyası məlumat verib.

MSK-nın məlumatına görə, digər namizədlər 2 faizdən də az səs toplayıblar.

Onlar “Ədalətli Rusiya”, Kommunist” və “Artım Partiyası” nın namizədləridir.

39 yaşlı Kadyrov 2007-ci ildən Çeçenistan rəhbəridir.

Apreldə səlahiyyət müddəti bitdiyinə görə, son bir neçə ay ərzində respublika liderinin səlahiyyətlərini icra edirdi.

Hüquq müdafiəçiləri və digər fəallar Kadyrov və onun hərbləşdirilmiş qüvvələrini, insan oğurluğu, işgəncə və qətllər də daxil olmaqla, ciddi qanun pozuntularında ittiham edirlər.

MSK-nın məlumatına görə, seçkidə 83 faizdən artıq seçici iştirak edib.

Ramzan Kadyrov doğma “Çentoroy” kəndində anası Aymani Mesieva ilə birlikdə səs verdikdən sonra küçəyə çıxıb,jurnalistlərlə görüşüb, sonra isə "ləzqinka" oynayıb.

İnsan haqları müvəkkili Nurdi Nukhajiyev səsvermə zamanıelə bir qanun pozuntusu qeydə alınmadığını deyir.

Qeyd edək ki, Çeçenistan rəhbərliyi bundan əvvəl seçki məntəqələrində müşahidə kameraları olmayacağını bəyan eləmişdi.

Rights Watch təşkilatı seçki ərəfəsində respublikada müxalifətçilərin təqib olunması barədə hesabat açıqlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG