Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 15:55

Kadyrov-a aid Instagram hesabı yenə bloklandı


Facebook Çeçenistan Respublikasının Kreml tərəfindən dəstəklənən avtoritar başçısı Ramzan Kadyrov-un Instagram və bir neçə başqa sosial media hesablarını yenidən bloklayıb.

Sosial media platforması bunu Birləşmiş Ştatların bir sıra Rusiya rəsmilərinə qarşı mövcud sanksiyaları ilə əsaslandırır.

Instagram-ın sahibi olan Facebook mayın 13-də bildirib ki, bu bloklama “sanksiyalar altında olan şəxsin” hesabının ləğv edilməsi ilə şəklində həyata keçirilib.

Sosial media şirkətinin habelə Kadyrov-un yaxın çevrəsinə daxil şəxslərin, o cümlədən Rusiya millət vəkili Adam Delimkhanov-un, Çeçenistan parlamentinin spikeri Magomed Daudovun və bölgənin baş naziri Abuzaid Vismuradovun da Instagram hesablarını blokladığı xəbər verilir.

İndi Kadyrov-un hesabına daxil olmaq istəyənlər monitorlarda bu hesabın “ləğv edildiyinə” dair bildiriş görürlər.

Çeçenistan dövlət telekanalının direktoru Akhmed Dudayev deyib ki, bloklanan hesabların Kadyrov-a aiddiyyəti yoxdur və bu hesabları televiziya şirkəti Kadyrov-un atası Akhmad Kadyrov-un adını daşıyan fondla birgə açmışdı.

Telekanal hesabların ona aid olduğunu iddia edir

Sosial media nəhəngi bundan əvvəl belə hesabların məhdudlaşdırılmasında ləng hərəkətinə görə tənqid edilirdi.

Bundan əvvəl bloklanan Instagram hesabında Kadyrov-un 4 milyon izləyicisi var idi.

2017-ci ildə çeçen liderə aid Facebook və Instagram hesabları bloklanmışdı. Facebook o vaxt bildirmişdi ki, bu addım Kadyrov-a qarşı ABŞ sanksiyalarının olduğuna görə atılıb.

Kadyrov-a ABŞ sanksiyaları Birləşmiş Ştatların 2012-ci il Magnitsky qanununa uyğun olaraq qoyulub. Bu qanun insan haqlarını pozmaqda ittiham olunan Rusiya rəsmilərinin cəzalandırılması üçün tətbiq edilir.

2017-ci ildən ABŞ sanksiyaları altında olan Kadyrov 2018 və 2019-cu ildə yeni hesablar açsa da, onları da bloklamışdılar.

İnsan haqları qrupları Kadyrov-u Çeçenistanda repressiyalar keçirdiyinə və cəzasızlıq rejimi yaratdığına görə tənqid edirlər.

Kremlin tənqidçiləri bildirirlər ki, Rusiya prezidenti Vladimir Putin separatçı bölgəni Moskvanın nəzarətində saxlamaq naminə Kadyrov-un qanunsuzluqlarına göz yumur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG