Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:06

Kadyrov-un yaratdığı 'Instagram’a gələn bir daha ordan çıxa bilmir


Ramzan Kadyrov Rusiya Dövlət Şurasında da telefonunu unutmur
Ramzan Kadyrov Rusiya Dövlət Şurasında da telefonunu unutmur

Son 11 ayda artıq ikinci dəfədir ki, Instagram sosial media platforması Çeçenistan lideri Ramzan Kadyrov-a bağlı olduğu güman edilən hesabı bağlayıb.

Çeçenistan rəsmiləri noyavbrın 8-də bağlanmış @za_kadyrov_95 ünvanlı hesabın şəxsən Kadyrov-a bağlı olmasını inkar edirlər.

Lakin bu ünvan Facebook-a daxil Instagram iyul ayında Kadyrov-un şəxsi hesabını bağlayandan az sonra peyda olmuşdu. Instagram və Facebook Kadyrov-un hesablarını ABŞ-ın ona qarşı sanksiyaları elan ediləndən sonra bağlayıblar.

Instagram hesabı bağlananada Kadyrov-un 1, 5 milyon izləyicisi vardı.

Çeçenistan nazirlərindən Dzhambulat Umarov Rusiyanın Znak saytına deyib ki, Instagram-ın blokladığı hesabı Kadyrov-un tərəfdarları yaratmışdılar. Orda onlar onun çıxışlarından hissələr, foto və videoları paylaşırdılar.

Kadyrov sosial mediada ən fəal olan Rusiya rəsmilərindən biridir. O bir neçə dəfə Rusiyanın sosial mediasında ən nüfuzlu şəxs adını qazanıb. 2015-ci ildə New York Times qəzeti onu “Instagram aludəsi” adlandırmışdı.

2017-ci ilin dekabrında Facebook və Instagram Kadyrov-un hesablarını bağlayanda Rusiya Dövlət Dumasının spikeri Vyacheslav Volodin demişdi ki, çeçen liderin insan haqları pozulub.

Kadyrov "öz Instagram-nı" yaradır

Elə həmin vaxtlarda Kadyrov elan etmişdi ki, özünün Mylistory adlı sosial platformasını yaradır. Onun formata görə Instagram-a çox yaxın olduğu bəllidir.

2017-ci ilin dekabrında Kadyrov özünün Telegram hesabından yazırdı: "Əziz dostlar, mən özümün kadyrov_95 ünvanlı Mylistory hesabımı açmışam. Mən indi ən mühüm xəbərləri, foto və videoları burada paylaşacağam”.

O bunun ardınca yazırdı: “ABŞ Dövlət Departamentinin əməkdaşları bu sosial mediaya yalnız Rusiya Xarici İşlər Nazirliyi və Çeçenistan Respublikası rəhbərliyinin verdiyi icazə ilə daxil ola bilərlər”.

Əksər çeçen liderlər özlərinin Qərb platformalarında olan hesablarını bağladıqlarını və Mylistory-yə keçdiklərini bəyan etmişdilər. Amma Washington Post may ayında yazırdı ki, bu rəsmilər Facebook və Instagram-da fəal olaraq qalırlar.

Mylistory platformasında baş nazir Medvedevin də hesabı var
Mylistory platformasında baş nazir Medvedevin də hesabı var

Mylistory qaranlıq reputasiyaya malikdir. Bəzi istifadəçilər burda hesab açmağın təhlükəli olduğunu yazırlar.

İstifadəçilərin post etdikləri bəzi skrinşotlarda “aplikasiya xəbəriniz olmadan sizin telefonunuzdan istifadə etməklə səsinizi yaza, fotonuzu çəkə bilər” kimi xəbərdarlıqlar görünür.

İstifadəçilər bunu da yazırlar ki, burada hesab açdıqdan sonra onu silmək və ya bağlamaq mümkün olmur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG