Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 03:36

Çeçenistan lideri Ramzan Kadırov Sovet İttifaqının banisi Vladimir Leninin cənazəsinin Moskvanın Qırmızı meydanındakı mavzoleydən çıxarılaraq torpağa tapşırılmasına çağırıb.

Kadırov noyabrın 2-də Telegram-da yazıb ki, əgər Rusiya prezidenti Vladimir Putin Leninin dəfninə göstəriş versə, onda 19 əsrin çeçen və Dağıstan müqavimət hərəkatının liderlərindən biri olan Hacmuradın da başı dəfn edilməlidir.

Leninin balzamasiya edilmiş meyiti 1924-cü ildən bəzi fasilələrlə mavzoleydə ictimaiyyətə nümayiş etdirilir.

Hacımuradın başı Sankt Peterburqdakı muzeylərdən birində formalin məhlulunun içində saxlanır.

Kremlin sözçüsü Dmitri Peskov Kadırovun postundan bir neçə saat sonra jurnalistlərə deyib ki, “Leninin dəfni Kreml administrasiyasının gündəliyində deyil”.

O əlavə edib ki, bu məsələ geniş ictimai reaksiyaya səbəb olur.

Kadırovun bu çağırışı Leninin 1917-ci ildə etdiyi sosialist inqilabının 100-cü ildönümü günündən bir neçə gün əvvələ təsadüf edib.

2016-cı ildə Qazaxıstan Rusiyaya qazax milli-azadlıq hərəkatının başçısı Keyki Batırın kəlləsinin Qazaxıstanda dəfn edilmək üçün qaytarılmasımnı xahiş etmişdi.

Həm də Nurmaqanbet Kokembaylu adı ilə tanınan Keyki Batır 1916-cı ildə qazaxların çar Rusiyasına qarşı üsyanına başçılıq etmişdi.

O sovet hakimiyyət orqanları tərəfindən 1923-cü ildə öldürülmüş və kəllə sümüyü Sankt Peterburqdakı muzeylərin birində saxlanmışdı.

Rusiya qazax milli-azadlıq liderinin başını Qazaxıstana 2016-cı ilin oktyabrında qaytarıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG