Çeçenistanda “Qriznı Moll” ticarət mərkəzinin təməli qoyulub.
Bu, Şimali Qafqazda ən böyük alış-veriş mərkəzi olacaq.
Azadlıq Radiosunun Şimali Qafqaz xidməti RBK-ya istinadla yazır ki, bu, “Axmat tauer” adlanacaq göydələn və “Kaysar” istirahət zonası ilə birlikdə memarlıq ansamblı təşkil edəcək.
102 mərtəbəli “Axmat tauer”in hündürlüyü 435 metr olacaq. Bu, Avropada ən hündürgöydələn olacaq. Onun tikintisinə 1 milyard dollar xərcləmək planlaşdırılır.
Rusiya Statistika Komitəsinin məlumatına görə, bu ilin 3 rübü ərzində ən yüksək işsizlik İnquşetiya (26,9 faiz) və Çeçenistanda (13,9 faiz) müşahidə edilib.