Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Jurnalistlərin binasındakı mənzillərin satışına görə cəza


Jurnalistlər üçün tikilən bina
Jurnalistlər üçün tikilən bina

Bakının Bibiheybət ərazisində, jurnalistlər üçün tikilmiş binadan mənzil verdirmək adıyla adamları aldadıb pullarını almaqda suçlanan qəzet rəhbərinə hökm oxunub. Mayın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, «Zaman Press» qəzetinin baş redaktoru Gündüz Hüseynov 8 il azadlıqdan məhrum edilib. Ona 3 il dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifədə təmsil olunmaq da qadağan edilib.

***Buna da bax-Jurnalistlərin binasında ev verdirmək adı ilə taksi şoferindən pul alıb

Sürücü, müğənni, xadimə və başqa peşə sahibləri jurnalist vəsiqəsi əldə edəndən sonra inanıblar ki, həmin binada ev də ala bilərlər. Ona görə də ev sahibi olmaqdan ötrü – adlarının mənzil veriləcək şəxslərin siyahısına salınması üçün tələb olunan məbləği veriblər. Kimisi 33, kimisi 45, kimisi də 50 min... Onlardan alınan ümumi məbləğ isə 264 min manatdır.

«Hər şeyin çoxunu eləyənlər çöldədir»

Bu işə görə həbs olunan G.Hüseynova CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib. O, özünü qismən təqsirli bilsə də, günahkar tək özü olmadığını söyləyir. Mayın 1-də hökm elan olunmamışdan öncə son sözündə də bu barədə danışıb: «Düzdür, mən elədiklərim də olub, amma hər şeyin çoxunu eləyənlər çöldədir».

***Buna da bax-Etiraz olaraq, ana 18-günlük körpəni məhkəmədə qoyub getdi

Cibindən iki körpə uşağının şəklini çıxarıb hakimlərə göstərən G.Hüseynov onların gələcəyini nəzərə almağı, ədalətli hökm verilməsini istəyib.

Zərərçəkmişlər isə pullarını tələb edirlər. Onlar məhkəmənin sonunda çıxışlarında araşdırmalardan narazı qaldıqlarını bildiriblər: «Bu adam kiməsə arxayındır. Bəzi mühüm məsələlər nə istintaqda ortaya çıxdı, nə də məhkəmədə. Görünür, kimsə buna söz verib ki, sakit dur, səni çıxaracağıq...».

İndiyədək media işçiləri üçün Səbail rayonu ərazisində, Yeni Salyan yolunda iki bina istifadəyə verilib. Üçüncü binanın isə təməli qoyulub. Tənqidçilər hökumətin bu addımını medianı susdurmaq cəhdi sayır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG