Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:38

Etiraz olaraq, ana 18-günlük körpəni məhkəmədə qoyub getdi


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binalarda ev verdirmək adı ilə adamlardan pul alıb onları aldatmaqda suçlanan «Zaman Press» qəzetinin baş redaktoru Gündüz Hüseynovun məhkəməsində gözlənilməz olay yaşanıb.

Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş araşdırılarkən təqsirləndirilən G.Hüseynovun həyat yoldaşı Yeganə Hüseynova qucağında 18-günlük körpəsi ilə məhkəmə zalına daxil olub. O, Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyasından yazdığı ərizəni qəbul etmələrini istəyib. Əgər ərizəsi qəbul olunmasa, uşağı məhkəmə zalında qoyub gedəcəyini deyib.

Hakimlər qadına izah edib ki, onun prosesə müdaxilə etmək səlahiyyəti yoxdur.

Y.Hüseynova ərizəsinin qəbul olunmadığını görüb öncədən dediyi addımı atıb - körpəni məhkəmə zalında qoyaraq çıxıb gedib.

***Buna da bax-Jurnalistlərin binasında ev verdirmək adı ilə taksi şoferindən pul alıb

Hakim bildirib ki, təqsirləndirilən şəxsin həyat yoldaşının bu cür davranışı məhkəməyə təzyiqdir, şantajdır.

Məhkəmə nəzarətçiləri xeyli cəhddən sonra qadını geri qaytara bilib. O, körpəsini götürüb.

Bu məhkəmə prosesində ev almaqdan ötrü pul verib aldanmış zərərçəkənlərin dindirilməsi mərhələsidir. Cinayət işinin materiallarında iddia olunur ki, G.Hüseynov ev vədi ilə pul aldığı adamların bir çoxuna «Zaman Press»in vəsiqəsini verib. Məhkəmədə dindirilən zərərçəkmişlər də bunu təsdiqləyiblər.

Fevralın 27-də məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində çıxış edən Xəyyam İsmayılov da deyib ki, müğənnidir, amma «Zaman Press»in vəsiqəsini daşıyıb: «Həftədə bir dəfə qəzet çıxanda gedirdim, hərf səhvlərinə baxırdım. Satışıyla maraqlanırdım. Sonra mənə vəsiqə verildi».

X.İsmayılov bildirib ki, atası ev almaq üçün G.Hüseynova 14 min 500 manat pul verib. Atası dünyasını dəyişib, ona görə məhkəməyə özü gəlib.

Təqsirləndirilən G.Hüseynov müğənniyə jurnalist vəsiqəsi verməsi məsələsinə belə münasibət bildirib: «Yolda polis saxlayanda zəng eləyirdi. Dəfələrlə onu buraxdırmışam».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG