Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:25

Jurnalistin qətli ilə bağlı şübhəlilər saxlanıb


Pavel Sheremet
Pavel Sheremet

Ukrayna polisi təhqiqatçı jurnalist Pavel Sheremet-in 2016-сı ildə baş vermiş qətli ilə əlaqədar bir neçə şübhəlini saxlayıb.

Daxili işlər naziri Arsen Avakov dekabrın 12-də özünün Facebook səhifəsində yazıb ki, “bu, əsl peşəkarların inadcıl və mürəkkəb işi nəticəsində mümkün olub və qətlin açılmasında çox mühüm addımdır”.

Avakov bundan başqa təfərrüatlarta varmayıb.

Belarus doğumlu Rusiya vətəndaşı Sheremet daimi olaraq Kiyevdə yaşayırdı.

Onun avtomobili 2016-cı il, iyulun 20-də jurnalist evindən çıxaraq özünün gündəlik səhər proqramını aparmaq üçün radio stansiyasına yollanarkən partladılmışdı.

1998-ci ildə Jurnalistləri Müdafiə Komitəsinin Beynəlxalq Mətbuat Azadlığı Mükafatına layiq görülmüş 44 yaşlı jSheremet kəskin reportajları ilə tanınırdı.

O ölümünədək Belarus, Rusiya və Ukraynanın yaxşı tanınan media qurumlarında çalışmışdı.

Tez-tez siyasi liderləri kəskin tənqid edən Sheremet dəfələrlə ölümlə hədələnmiş və qısnamalara məruz qalmışdı.

Onun belaruslu operatoru Dzmitry Zavadski 2000-ci ildə Çeçenistan regionuna ezamiyyətdən qayıdarkən oğurlanmış və öldürülmüşdü.

Sheremet hələ Rusiyada yaşayarkən, 2010-c ildə Belarus vətəndaşlığından məhrum edilmişdi.

Jurnalist prezident Alyaksandr Lukashenka-nın hökumətini tənqid etdiyinə görə təqib olunurdu və 1997-ci ildə Rusiyaya qaçmalı olmuşdu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG