Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 11:01

Jurnalist Tapdıq Fərhadoğlu saxlanıb


T.Fərhadoğlu

Bugün, sentyabrın 23-ü səhər «Amerikanın Səsi» radiosunun müxbiri Tapdıq Quliyevi (Fərhadoğlu) polisin saxladığı bildirilir.

«Turan» agentliyinin xəbərinə görə, olay Baş Prokurorluğun Ağır cinayətlərə dair İstintaq İdarəsinin önündə, Tərtər rayonunda ölüm işi ilə bağlı etiraz aksiyası zamanı baş verib. Bir neçə polis əməkdaşı jurnalistə zor tətbiq edib, kamera və mikrofonunu əlindən alıblar.

Jurnalistə zorakılığı onun bəzi həmkarlarının da gördüyü və bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə, Bakı şəhər Baş Polis İdarəsinin jurnalistlərin hüquqlarının təmin olunması üzrə Monitorinq Qrupuna xəbər verildiyi söylənir.

Agentliyin xəbərinə görə, yaxınlıqdakı polis idarəsinə aparılan jurnalistə həmkarlarına və vəkilinə zəng etməyə imkan verməyiblər, telefonunu əlindən alıblar. Yarım saat saxlanılan jurnalistə «bir də belə şeylər etməmək» tövsiyəsi verilərək buraxıldığı qeyd olunur.

Hələlik, bu məlumata DİN mətbuat xidmətindən və şəhər polisinin Monitorinq Qrupundan şərh alma mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG