Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 23:16

Jurnalistin şikayəti təmin olunmayıb


Rövşən Məmmədli

Bakı Apellyasiya Məhkəməsi inzibati həbs cəzası almış jurnalist Rövşən Məmmədlinin şikayətini təmin etməyib.

Bu haqda jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Rövşən Məmmədli “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırovun müdafiəsi ilə bağlı yazıları ilə tanınır.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov Yasamal rayon Məhkəməsinin jurnalistə 30 sutka inzibati cəza verilməsini nəzərdə tutan qərarının qanuni olduğu qənaətinə gəlib. Müdafiə tərəfinin heç bir arqumenti qərar verilərkən nəzərə alınmayıb.

Vəkil hesab edir ki, o, məhz jurnalist fəaliyyətinə görə, şərlənərək həbs edilib: “Daxili müdafiə vasitələri tükəndi. Ən qısa zamanda Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyik”.

Rövşən Məmmədli yanvarın 23-də Yasamal rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışdı. Elə həmin gün Yasamal Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 535-1 (polisin qanunu tələblərinə tabe olmamaq) maddəsi ilə ittiham olunmuş və 30 sutka inzibati cəza almışdı. O “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırovun müdafiəsi ilə bağlı yazıları ilə tanınır.

Günün bütün mövzuları

XS
SM
MD
LG