Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 09:41

Jurnalistlər korrupsiya ilə mübarizəyə görə mükafatlandırılıb


Nikolay Staykov
Nikolay Staykov

Mükafatın qalibləri Beynəlxalq Korrupsiya ilə Mübarizə Günü (9 dekabr) və Ağ evin təşkilatçılığı ilə Demokratiya Sammiti ərəfəsində açıqlanıb

ABŞ Dövlət Departamentinin 2021-ci il Antikorrupsiya Çempionları Mükafatının qalibləri arasında Qazaxıstan və Bolqarıstandan jurnalistlər var.

Dövlət katibi Entoni Blinken dekabrın 8-də laureatların adlarını açıqlayaraq onların “korrupsiyanın qarşısının alınması, ifşası və onunla mübarizədə liderlik, cəsarət və təsir nümayiş etdirmiş şəxslər” olduqlarını vurğulayıb.

Qazaxıstanda “Protenge” araşdırmaçı jurnalistika layihəsi üçün işləyən Cəmilə Mariçeva və Bolqarıstanda Antikorrupsiya Fondu həmtəsisçisi olan jurnalist Nikolay Staykov qaliblər sırasındadır.

“Nadir fürsət”

Beliz, Kipr, Honduras, Latviya, Livan, Malavi, Mozambik, Tailand və Venesueladan da mükafata layiq görülənlər var.

Mükafatın qalibləri Beynəlxalq Korrupsiya ilə Mübarizə Günü (9 dekabr) və Ağ evin təşkilatçılığı ilə Demokratiya Sammiti ərəfəsində açıqlanıb.

110 ölkədən liderlərin və vətəndaş cəmiyyəti ekspertlərinin iştirakıyla dekabrın 9-10-da keçirilən ikigünlük virtual sammit korrupsiya ilə mübarizə və insan haqlarına sayğının irəli aparılması üçün fürsət hesab olunur.

“Beynəlxalq Korrupsiya ilə Mübarizə günündə Demokratiya Sammitinin başlanması bizə öz ölkələrini daha yaxşı etməyə çalışanları tanımağa nadir fürsət verir. Korrupsiya ilə mübarizə məqsədilə bu cür çempionlarla işləməkdən şərəf duyuruq”, – Blinken deyib.

XS
SM
MD
LG