Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:22

Elçin İsmayıllının vəkili: “Məhkəmə protokolları saxtalaşdırılıb”


Elçin İsmayıllı
Elçin İsmayıllı

İsmayıllıda yaşayan, bir sıra media orqanları ilə əməkdaşlıq edən Elçin İsmayıllının məhkəmə işinin protokollarının saxtalaşdırıldığı bildirilir.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin bildirdiyinə görə, noyabrın 2-si Şəki Apellyasiya Məhkəməsində E. İsmayılın aşağı məhkəmənin hökmündən verdiyi şikayət üzrə proses başlayıb.

Elçin Sadıqov vurğulayır ki,ilkin baxış iclası zamanıprotokolların saxtalaşdırıldığı bəlli olub.Ancaq o detalların üzərində dayanmayıb.

“Elçin İsmayıllı barəsində hökmü Şəki Ağır Cinayətlər Məhkməsəi vermişdi. Həmin məhkəmənin protokolu saxtalaşdırılıb. Buna görə biz ilkin baxış iclasında protokola qeydlər verdik. Eyni zamanda xahiş etdik ki, iş apellyasiya baxışından çıxarılıb Şəki Ağır Cinayətlər Məhkəməsinə geri qaytarılsın. Ancaq vəsatətlərimiz təmin olunmadı, şikayət üzrə məhkəmə baxışı təyin edildi. Eyni zamanda məhkəmə bildirdi ki, Şəki Ağır Cinayətlər Məhkəməsi protokola baxış üçün cinayət işini tələb etsə, geri göndəriləcək”, vəkil bildirib.

E.İsmayıllının şikayəti üzrə məhkəmə baxışı noyabrın 14-də olacaq. Apellyasiya şikayətinə qismən məhkəmə istintaqi aparılmaqla baxılacaq.

Vəkilləri apellyasiya instansiyasından E.İsmayıllıya bəraət verilməsini istəyib.

Vəkilin protokolların dəyişdirilməsi ilə bağlı açıqlamasına, hələlik, Şəki Ağır Cinayətlər Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

Buna da bax: Mehman Hüseynov: 'Fahişəxanalar bəs onun nüfuzuna xələl gətirmir?'

XATIRLATMA

E.İsmayıllı 17 fevral 2017-ci ildə İsmayıllı rayonunda həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.

E.İsmayıllı özünü təqsirli bilmir. Saxlanılarkən üzərində olan 1000 manatı borc aldığını deyir.

O, Cinayət Məcəlləsinin (CM) 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə), 308-ci (vəzifəsindən sui-istifadə) və 311-ci(Rüşvət alma) maddələri ilə ittiham olunub.

Sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsində Rəşid Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası CM-nin 182 (hədə-qorxu ilə tələb etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli sayılan E.İsmayıllını 9 il azadlıqdan məhrum edib. E.İsmayıllıya həmçinin, 3 il müəyyən vəzifə tutmaq qadağan olunub.

E.İsmayıllının vəkilləri hökmün əsassız olduğunu, ittihamın məhkəmədə sübuta yetirilmədiyini deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG