Keçid linkləri

2026, 12 Mart, Cümə axşamı, Bakı vaxtı 06:20

Jurnalist azadlıqda

Abuzər Cəfərli
Abuzər Cəfərli

Həbsdə olan jurnalist Abuzər Cəfərli fevralın 2-də şərti azadlığa buraxılıb. Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisi Oktay Gülalıyev məlumat verib.

"Hazırda onunla bir yerdəyik. O daxili məhkəmə qərarı ilə azadlığa buraxılıb. Həbsinin tam bitməsinə 8 ay qalır, yəni şərti olaraq azadlığa çıxıb"- deyə hüquq müdafiəçisi bildirib.

Xatırlatma

A.Cəfərli 2015-ci ilin sentyabrında Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2-ci ( dələduzluq) maddəsi ilə cinayət işi açılıb. O, özünü təqsirli bilmir, həbsini ictimai fəaliyyəti ilə əlaqələndirir.

XS
SM
MD
LG