Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Venesuela müxalifətinin lideri Juan Guaido regionlara səfərə başlayıb


Juan Guaido, Venesuela müxalifətinin lideri
Juan Guaido, Venesuela müxalifətinin lideri

Venesuela müxalifətinin lideri Juan Guaido, Nicolas Maduronun hakimiyyətdən uzaqlaşdırılmasına geniş dəstək qazanmaq üçün reginlara səfərə çıxıb.

O, Valensiya şəhərində çıxış edərkən deyib ki, artıq mübarizənin yeni mərhələsi başlanıb və bunu “Azadlıq əməliyyatı” adlandırıb.

Guaido ölkənin bir çox şəhər və qəsəbələrində olduqdan sonra paytaxt Karakasa dönməyi və orda kütləvi etiraz nümayişi keçirməyi planlaşdırır.

O bildirib ki, Karakasda keçiriləcək aksiya zamanı prezidentliyini qorumağa çalışan Madurodan “hakimiyyətin xalqa qaytarılmasını” və prezident sarayının boşaldılmasını tələb edəcək.

Maduronun tərəfdarları isə hesab edirlər ki, müxalifətin prezidenti devirmək cəhdi baş tutmadı.

Qeyd edək ki, müxalifət lideri və parlamentin sədri Juan Guaidobu ilin yanvarında özünü müvəqqəti ölkə prezidenti elan edib və ABŞ, Kanada, bir çox Latın Amerikası və Avropa ölkələri onun legitimliyini qəbul edib.

Rusiya, Çin və Kuba kimi ölkələr isə bu münaqişədə Maduro rejiminin tərəfini saxlayırlar.

Buna da bax:ABŞ-ın son diplomatları da Venesueladan çıxır

Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov bazar günü bəyan edib ki, martın 19-da Romada ABŞ-ın Venesuela üzrə elçisi Ellit Abrams-la ( Elliott Abrams) görüşəcək.

Qeyd edək ki, bu Venesuala münaqişəsinin başlanmasından bu yana ilk belə əlaqədir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG