Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:03

ABŞ-ın son diplomatları da Venesueladan çıxır


ABŞ dövlət katibi Mike Pompeo martın 14-də bəyan edib ki, ölkəsinin Venesuelada qalan son diplomatları da oranı tərk ediblər
ABŞ dövlət katibi Mike Pompeo martın 14-də bəyan edib ki, ölkəsinin Venesuelada qalan son diplomatları da oranı tərk ediblər

ABŞ dövlət katibi Mike Pompeo martın 14-də bəyan edib ki, ölkəsinin böhranlı Venesuelada qalan son diplomatları da oranı tərk ediblər və missiyalarını “başqa yerdən” davam etdirməyə cəhd göstərəcəklər.

ABŞ özünün Venesueladakı əsas diplomatik missiyasını martın 12-də çıxarıb.

Eyni zamanda Birləşmiş Ştatlar martın 14-də Venesuelanın sosialist prezidenti Nocolas Maduroya yaxın daha 340 nəfərin ABŞ vizasını ləğv edib.

Beləliklə vizaları bu səbəbdən ləğv edilənlərin sayı 2018-ci ilin sonlarından bəri 600 nəfərə çatıb.

Venesuelada gərginlik Rusiya tərəfindən dəstəklənən Maduro yanvar ayında ikinci müddət prezidentlik üçün andiçmə mərasimindən keçəndən bəri artıb.

Müxalifət onun ötən ilin mayında keçirdiyi prezident seçkisində saxtakarlıqlara yol verildiyini bildirir.

Qərb tərəfindən dəstəklənən müxalifət lideri Juan Guaido özünü ölkənin keçid prezidenti elan edib və onun on minlərlə tərəfdarı ölkə şəhərlərinin küçələrində etiraz nümayişlərinə çıxıb.

Etirazçılar Maduronun istefasını tələb edirlər.

Pompeo Venesuelanı tərk edən diplomatlar barədə deyib ki, “hazırda vəziyyətin ağır olduğunu” bilir.

O əlavə edib ki, sözü gedən diplomatlar “Venesuela xalqına humanitar yardımın çatdırılmasını təmin etmək məqsədilə öz missiyalarını başqa yerlərdən davam etdirəcəklər”.

Dövlət katibi deyib ki, ABŞ Guaido-nu və “demokratiyaya keçidi” dəstəkləməkdə davam edəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG