Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 08:28

ABŞ Venesueladan diplomatik heyətini çıxarır


Karakasda Maduroya etiraz aksiyası
Karakasda Maduroya etiraz aksiyası

ABŞ Dövlət katibi Mike Pompeo Venesueladakı diplomatik heyətinin çıxarılmasına göstəriş verib. Bundan bir neçə saat öncə isə Vaşinqton Venesuelanın PDVSA dövlət neft şirkəti ilə işbirliyinə görə Rusiya bankına sanksiyalar tətbiq edib.

Birləşmiş Ştatların martın 11-də atdığı addımlar Karakas və Moskvaya təzyiqi artırıb. Moskva Venesuelanın hakimiyyətini saxlamağa çalışan lideri Nicholas Maduroya maliyyə dəstəyi verir.

“Yanvarın 24-də diplomatların qohumlarının çıxarılması və səfirlik işçilərinin minimuma endirilməsinə qərar vermişdik. Son qərar da Venesuelada durumun pisləşdiyini, burada diplomatik heyətimizin mövcudluğunun ABŞ siyasətinə gərginlik yaratdığını göstərir”, – Pompeo Dövlət Departamentinin yaydığı bəyanatda bildirir.

ROSNEFTƏ İTTİHAM

Evrofinance Mosnarbank isə vebsaytında yerləşdirdiyi bəyanatda bildirir ki, fəaliyyətini “sabit şəkildə” davam etdirir, “müştəriləri və tərəfdaşlarıyla bağlı bütün öhdəliklərini yerinə yetirəcək”.

Mike Pompeo
Mike Pompeo

Pompeo jurnalistlərlə söhbətində Rosneft şirkətini PDVSA kimi tanınan Petroleos de Venezuela SA-dan neft almaqda suçlayıb.

“Rusiyanın dövlətə məxsus Rosneft şirkəti ABŞ sanksiyalarına məhəl qoymadan PDVSA-dan xam neft alışını davam etdirir. Rosneft rəhbəri Igor Sechin bu rejimin ömrünü uzadır”, – Pompeo vurğulayıb.

ABŞ-ın Milli təhlükəsizlik müşaviri John Bolton isə beynəlxalq banklara və maliyyə qurumlarına xəbərdarlıq edib.

“Bankirlər: Maduro və müttəfiqlərinin Venesuela xalqının sərvətini oğurlamasına kömək etməyin. Birləşmiş Ştatlar baxır. Dünya izləyir. Venesuela xalqı göz qoyur”, – o, martın 11-də Twitter-də yazıb.

Səhmdarları içində Gazprom şirkəti olan Gazprombank bildirib ki, ABŞ xəzinədarlığının qərarı onun işinə təsir göstərməyəcək.

“Gazprombank Evrofinance Mosnarbank-da minoritar paya malikdir. Gazprombank ABŞ sanksiyaları altında olan şirkətlərin hesabları üzərindən əməliyyat aparmır”, – bank bildirib.

***

ABŞ Maduroya görə Moskvadakı banka sanksiyalar qoyur

Birləşmiş Ştatlar Venesuelanın dövlət neft şirkəti Petroleos de Venezuela SA (PDVSA) ilə biznesinə görə Rusiya banklarından biri üzərinə sanksiyalar elan edib.

Steven Mnuchin
Steven Mnuchin

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət ofisi martın 11-də verdiyi bəyanatda bildirir ki, Vaşinqton prezident Nicolas Maduronun qanunsuz rejimi üzərinə təzyiqləri davam etdirir.

Bu da bildirilir ki, Rusiyadakı Evrofinance Mosnarbank (Evrofinance) bankı 2018-ci il ərzində aktivlərini birdən-birə 50 faiz artıra bilib.

Birləşmiş Ştatlar və daha 50-dən çox ölkə Venesuelada müxalifət lideri Juan Guaido-nu keçid prezidenti kimi tanıdığını bəyan edib.

Bu ölkələrin qənaətinə görə Maduro ötənilki prezident seçkisini legitim şəkildə udmayıb, çünki müxalifət bu seçkiyə buraxılmayıb.

ABŞ maliyyə naziri Steven Mnuchin-in bəyanatında deyilir ki, “qeyri-legitim Maduro rejimi Venesuela xalqının iztirablarından mənfəət əldə edib”.

Bəyanatda bu da vurğulanır ki, “qeyri-legitim Maduro rejiminin dəstəkləyən, bununla da Venesuela iqtisadiyyatının çökməsinə və Venesuela xalqını humanitar böhrana salınmasına töhfə verən xarici maliyyə təsisatları ABŞ tərəfindən cəzalandırılacaq.

Moskvada mənzillənmiş Evrofinance Mosnarbank 2011-ci ildə təsis edilib və Rusiyanın bir qrup bankı ilə Venesuela Milli İnkişaf Fondunun şərikli mülkiyyəti sayılır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG