Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Rusiyayönlü slovak 33 min avro cərimə edildi (VIDEO)


Jozef Hambalek
Jozef Hambalek

Kremlə və prezident Putinə yaxınlığı ilə tanınan Gecə canavarları bayker qrupunun Slovakiya bölümünün başçısı tanklar da daxil çıxdaş edilmiş hərbi texnikanı keçmiş hərbi bazaya yığdığına görə ağır cərimə edilib.

Slovakiyanın İqtisadiyyat Nazirliyi Gecə canavarları qrupunun Slovakiya bölümünün yaradıcısı Jozef Hambalek-i 33 min avro cərimə edib.

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, Hambalek hərbi istifadədən çıxarılmış və çıxdaş edilmiş hərbi texnikanın növləri və kəmiyyəti barədə yazılı məlumat verməməkdə günahlandırılıb.

Hambalek ona cəriməni hissə-hissə ödəmək imkanının verilməsini istəyib. Hambalek bu hərbi texnika və avadanlığı paytaxt Bratislavanın 60 kilometrliyindəki keçmiş Dolna Krupa hərbi bazasında saxlayırdı.

Gecə canavarları bayker qruopunun slovak filialının üzvləri ötən iyundan bəri məhz burada düşərgə salmışdılar.

Yerli media xəbər verir ki, bu düşərgə İqtisadiyyat Nazirliyinin diqqətini bura tanklar da daxil ağır hərbi texnika gətiriləndə cəlb edib.

Rusiyanın Gecə canavarları bayker qrupu Moskvanın Krımı ilhaq etməsində fəal iştirak edib.

Bəzən Putinin mələkləri adlandırılan Gecə canavarları qrupu Qərbin Rusiyaya qarşı sanksiyalarına daxil edilib.

Ötən həftə Slovakiya prezidenti Andrej Kiska bəyan etmişdi ki, Gecə canavarlarının və rusiyayönlü yerli hərbiləşdirilmiş qrupun Dolna Krupada olması Avropa İttifaqı və NATO-nun üzvü olan ölkə üçün milli təhlükəsizlik hədəsi təşkil edir.

Bəzi məlumatlara görə düşərgənin yerləşdiyi kompleksin rəsmi sahibi olan Hambalekin keçmiş daxili işlər naziri Robert Kalinakla yaxın münasibətləri var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG