Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 13:00

‘Quzuların susqunluğu’ filminin rejissoru Demme vəfat edib


Jonathan Demme

Reuters agentliyi xəbər verir ki, “Qızıların susqunluğu” kimi trillerlərdən tutmuş tanınmış musiqiçilərin həyatı barədə sənədli filmlərədək ən müxtəlif kinematoqrafik əsərlərə imza atmış məşhur kinorejissor Jonathan Demme 73 yaşında qida borusunun xərçəngindən vəfat edib.

Xəbərdə deyilir ki, Demme Manhattandakı mənzilində xanımı Joanne Howard və üç övladının çevrəsində keçinib.

Demme-in ən son bədii filmi 2015-ci ildə çəkilmiş "Ricki və Flash” tragikomediyası idi.

"Quzuların susqunluğu" filmində Hannibal Lecter obrazı
"Quzuların susqunluğu" filmində Hannibal Lecter obrazı

Bu filmdə baş rolu oynamış Meryl Streep rejissoru “böyük qəlbli insan” adlandırıb.

Nyu Yorkda doğulmuş Demme-in 1991-ci ildə çəkdiyi “Quzuların susqunluğu” (The Silence of the Lambs) onun özünə və baş rolların ifaçıları Anthony Hopkins və Jodie Fosterə Oscar mükafatı qazandırmışdı.

Kino tənqidçiləri Demme-i sözün əsl mənasında çoxçalarlı rejissor adlandırırlar. Onun 1993-cü ildə çəkdiyi “Filadelfiya” filmi Hollivudda AİDS xəstəliyi böhranı ilə bağlı ilk cəsarətli rejissor işlərindən biri olmuşdu.

Bu filmdəki roluna görə Tom Hanks Oscar mükafatına layiq görülmüşdü.

Demme həm də Bruce Springsteen, Kenny Chesney və Neil Young kimi müğənnilər barədə musiqili sənədli filmlərin rejissoru olmuşdu.

Jonathan Demme-in başqa diqqətəlayiq filmləri 2008-ci ildə çəkilmiş “Rachel ərə gedir” (Rachel Getting Married), “Mancuriya namizədi” (2004) (The Manchurian Candidate) və “Mafiyanın arvadı” (1988) (Married to the Mob) idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG