Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Rusiya Varşava konfransının İrana qarşı keçirildiyini deyir


Rusiyanın BMT-dəki səfiri Vasily Nebenzya
Rusiyanın BMT-dəki səfiri Vasily Nebenzya

Birləşmiş Ştatlar bildirib ki, gələn ay Varşavada keçiriləcək Yaxın Şərq konfransından məqsəd İranı qaralamaq yox, regionda sabitliyi təşviq etməkdir.

Lakin Rusiya, Birləşmiş Ştatların Polşa ilə birlikdə təşkil etdiyi bu tədbiri pisləyib. Moskva bildirib ki, konfrans İrana qarşı yönəldiyindən “əks-nəticə” verəcək. Rusiya bu konfransda iştirak etməyəcəyini bildirib.

Yanvarın 22-də BMT Təhlükəsizlik Şurasına müraciətində ABŞ səfiri Jonathan Cohen deyib ki, Varşava konfransı Yaxın Şərqdə “güclü təhlükəsizlik quruculuğu cizgilərinin inkişaf etdirilməsi üçün fəal qlobal fikir mübadiləsi” olacaq.

Cohen bildirib ki, fevralın 13-14-də keçiriləcək bu konfransın gündəliyinə Suriya və Yəməndə humanitar böhran, raketlər, ekstremizm və kibertəhlükəsizlik məsələləri daxildir.

ABŞ səfiri deyib ki, konfransın məqsədi İranı “qaralamaq” olmasa da, tədbirdə İranın raket proqramına, Livandan İsrailə çəkilmiş yeraltı Hizbullah tunellərinə və bu yaxınlarda Suriyadan İsrailə raket atılmasına qarşı lazımi hərəkətlər müzakirə olunacaq.

Yanvarın 21-də Polşanın xarici işlər naziri Jacek Czaputowicz İranın bu konfransa dəvət olunmadığını bildirmişdi.

Rusiyanın Xarici İşlər Nazirliyi yanvarın 22-də açıqlanmış bəyanatında Moskva rəsmilərinin bu konfransa qatılmayacaqlarını bir daha təsdiq edib və konfransın “anti-İran platforması” olmasını pisləyib.

Rusiya səfiri Vasily Nebenzya yanvarın 22-də Təhlükəsizlik Şurasında deyib ki, Varşava konfransı Yaxın Şərqdə təhlükəsizliyi gücləndirmək məqsədinə nail olmayacaq, çünki bu tədbir “bir ölkənin aspektindən” keçirilir və İsrail-Fələstin münaqişəsinə laqeyd qalır.

Nebenzya bildirib ki, regionda müxtəlif hərbi alyanslar qurmaq cəhdinin arxasında İrana birtərəfli yanaşma durur və belə yanaşma “əks-nəticə” verəcək.

Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini də Avropa ölkələrinin həvəssiz yanaşdıqları bu konfransa gəlməyəcəyini bidlirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG