Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:56

Bu konfransa İran dəvət edilməyib, Rusiya özü gəlmir


Polşanın xarici işlər naziri
Polşanın xarici işlər naziri

Gələn ay Varşavada keçiriləcək Yaxın Şərq konfransına İran dəvət edilməyib, Rusiya isə dəvətdən imtina edib. Bu barədə məlumatı Polşanın xarici işlər naziri verib.

Jacek Czaputowicz yanvarın 21-də yayınlanmış qeydlərində bildirib ki, İranın iştirakı danışıqları əngəlləyə bilərdi, beləki “Tehranın istifadə etdiyi ritorikanın qəbulu müşküldür”.

Onu sözlərinə görə Rusiya isə fevralın 13-14-də Polşa və Birləşmiş Ştatların ev sahibliyi ilə keçiriləcək tədbirə qatılmağının məsləhət olmadığını bildirib.

Bu danışıqlar İranla dünya gücləri arasında 2015-ci ildə imzalanmış sazişin ətrafında yaranmış məchulluğun aradan qaldırılmasına kömək etməlidir.

Prezident Donald Trump 2018-ci ilin mayında ABŞ-ın 2015-ci ilin nüvə sazişindən çıxdığını və Tehranın üzərinə Amerika sanksiyalarının bərpa olunduğunu bəyan etmişdi.

Avropa İttifaqı xarici işlər komissarı Federica Mogherini ABŞ-ın “Yaxın Şərqdə sabitlik, sülh, azadlıq və regional təhlükəsizliyə həsr ediləcəyini” bildirdiyi bu tədbirə qatılmayacağını deyib.

ABŞ dövlət katibi Mike Pompeo deyib ki, bu görüşdə habelə “İranın sabitsizləşdirici təsirinin aradan qaldırılması” yolları da müzakirə olunacaq.

İran bu konfransın keçirilməsini özünə qarşı “düşmənçilik aktı” kimi qiymətləndirib və Polşaya qarşı təfsilatı açıqlanmayan “əks-hərəkət” edəcəyi ilə hədələyib.

İranın xarici işlər naziri Mohammad Javad Zarif bu konfransı “aciz anti-İran sirki” adlandırıb:

İran mediası xəbər verir ki, Polşa xarici işlər nazirinin müavini Maciej Lan sözü gedən konfransı iranlı həmkarı Abbas Araghchi ilə müzakirə etmək üçün yanvarın 21-də Tehrana səfər edib.

İran mediasının yazdığöına görə Araghchi Lana deyib ki, “Polşa hökuməti Amerika hökumətinin bu konfransdan güddüyü əsl məqsədlərini dərk etməli və bunun nəticələrindən narahat olmalıdır”.

O habelə bəyan edib ki, İran regionda və ya onun xaricində olan hər hansı ölkənin onun maraqlarına qarşı koalisiya yaratmasına yol verməyəcək”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG